Icma.az
close
up
RU
Xəbəri olmadan adına şirkət açılan ŞƏXSLƏR Hansı hallarda cinayət məsuliyyətinə CƏLB OLUNUR?

Xəbəri olmadan adına şirkət açılan ŞƏXSLƏR Hansı hallarda cinayət məsuliyyətinə CƏLB OLUNUR?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə ayrı-ayrı vətəndaşlar iddia edir ki, onların xəbəri olmadan adlarına şirkət açılıb.
Və buna görə də onların külli miqdarda vergi borcu yaranıb. Bəzilərisə məsələnin artıq məhkəmə predmeti olduğunu deyir.
Belə hallardan sığortalanmaq üçün vətəndaşlar nəyi bilməlidirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Şulan Nağıyev deyib ki, vətəndaşlar ilk növbədə şirnikləndirici vədlərə inanıb, yaxından tanış olmadıqları heç bir sənədə imza atmasınlar:
“Heç kim deyə bilməz ki, baş verənlərdən onun xəbəri olmayıb. Sadəcə vətəndaş lazımı anda ona edilən təklifə loyal yanaşıb, sonrasını düşünməyib. Nəticədə isə birdən-birə “şirkət sahibi” olub”.
Bəs, belə xoşagəlməz hallar hansı hüquqi məsuliyyət yaradır?
Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir.
CM-nin 213.1. maddəsinə görə isə xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii ki, vurulmuş ziyanın həcmi artdıqca cəza da müvafiq qaydada ağırlaşır”.
“Bu şəxslər məsuliyyətə cəlb oluna bilməz”
Hüquqşünas onu da qeyd edib ki, CM-nin 213.1-ci maddəsinin və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı isə bu sahədə istinad edəcəyimiz başlıca aktdır:
“Həmin qərarda qeyd edilib ki, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun.
Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see200

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see127

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see124

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see122

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see119

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see118

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see117

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see116

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see116

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see115

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see115

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see115

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see115

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see114

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see114

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see114

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see114

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see113

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see113

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri