Icma.az
close
up
RU
Xəbəri olmadan adına şirkət açılan ŞƏXSLƏR Hansı hallarda cinayət məsuliyyətinə CƏLB OLUNUR?

Xəbəri olmadan adına şirkət açılan ŞƏXSLƏR Hansı hallarda cinayət məsuliyyətinə CƏLB OLUNUR?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə ayrı-ayrı vətəndaşlar iddia edir ki, onların xəbəri olmadan adlarına şirkət açılıb.
Və buna görə də onların külli miqdarda vergi borcu yaranıb. Bəzilərisə məsələnin artıq məhkəmə predmeti olduğunu deyir.
Belə hallardan sığortalanmaq üçün vətəndaşlar nəyi bilməlidirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas  Şulan Nağıyev deyib ki,  vətəndaşlar ilk növbədə şirnikləndirici vədlərə inanıb, yaxından tanış olmadıqları heç bir sənədə imza atmasınlar:
“Heç kim deyə bilməz ki, baş verənlərdən onun xəbəri olmayıb. Sadəcə vətəndaş lazımı anda ona edilən təklifə loyal yanaşıb, sonrasını düşünməyib. Nəticədə isə birdən-birə “şirkət sahibi” olub”.
Bəs, belə xoşagəlməz hallar hansı hüquqi məsuliyyət yaradır?
Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir. 
CM-nin 213.1. maddəsinə görə isə xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii ki, vurulmuş ziyanın həcmi artdıqca cəza da müvafiq qaydada ağırlaşır”.
“Bu şəxslər məsuliyyətə cəlb oluna bilməz”
Hüquqşünas onu da qeyd edib ki, CM-nin 213.1-ci maddəsinin və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı isə bu sahədə istinad edəcəyimiz başlıca aktdır:
“Həmin qərarda qeyd edilib ki, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun.
Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri