Icma.az
close
up
RU
Xərçəng xəstələrinə sosial şəbəkələrdən təhlükəli tələ Onkoloqdan ÇAĞIRIŞ

Xərçəng xəstələrinə sosial şəbəkələrdən təhlükəli tələ Onkoloqdan ÇAĞIRIŞ

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xərçəng diaqnozu eşidən hər bir ailənin qarşısında duran əsas suallardan biri də müalicənin hansı ölkədə davam etdirilməsi ilə bağlıdır. Çünki bu sualın cavabında sadəcə tibbi qərar durmur. Bu qərara ailənin taleyini, maddi imkanı, ümidi də daxildir. Bəziləri üçün bu qərar həyat qurtarır, bəziləri üçün isə ciddi maddi xərcə səbəb olur. Bütün hallarda uzun illərdir minlərlə azərbaycanlı xəstə müalicə üçün Türkiyə, Almaniya, İsrail, Rusiya və digər ölkələri seçir.

Hansı müasir müalicə üsulları artıq ölkəmizdə tətbiq olunur? Ümumilikdə Azərbaycanda xərçəng müalicəsi son 5 ildə nə dərəcədə dəyişib?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən onkoloq, cərrah mamaloq Lətifə Məhərrəmova bildirib ki, xərçəng diaqnozu yalnız xəstənin deyil, bütövlükdə ailənin həyatını dəyişən ciddi psixoloji sarsıntıdır. Belə bir xəbəri eşidən insanın qorxu, narahatlıq, ümidsizlik, hətta inkar hissi keçirməsi tamamilə təbiidir.

Onun sözlərinə görə, maraqlı məqamlardan biri odur ki, bəzən xəstənin özü diaqnozu daha sakit qəbul edir, ailə üzvləri isə daha ağır emosional reaksiya verirlər. Bəzən isə xəstə panikaya düşür, ailə onu sakitləşdirməyə və dəstəkləməyə çalışır:

“Bu mərhələdə ailənin davranışı çox böyük əhəmiyyət daşıyır. Xəstənin ətrafında panika, ümidsizlik və ziddiyyətli fikirlər deyil, sakitlik, inam və düzgün istiqamətləndirmə olmalıdır. Çünki psixoloji gərginlik xəstənin müalicəyə münasibətinə, qərarverməsinə və müalicəyə davamlılığına mənfi təsir göstərə bilər”.

Müsahibimiz vurğulayıb ki, xəstəyə diaqnozunu gizlətmək, onu qorxutmaq və ya əsassız ümidlər vermək əvəzinə, vəziyyəti düzgün izah etmək və müalicə prosesinə hazırlamaq lazımdır.

"Doğrudanmı, xaricdə müalicə həmişə daha effektiv olur" sualını cavablandıran onkoloq vurğulayıb ki, xərçəng diaqnozu qoyulan ailələrin ilk düşündüyü məsələlərdən biri müalicəni hansı ölkədə davam etdirməkdir. Türkiyə, Almaniya, İsrail və digər ölkələrdə yüksək səviyyəli onkoloji mərkəzlər mövcuddur. Lakin xaricdə müalicə almaq avtomatik olaraq daha yaxşı nəticə əldə etmək demək deyil.

"Əsas məsələ müalicənin hansı ölkədə aparılması deyil, xəstəyə düzgün diaqnoz qoyulması və beynəlxalq standartlara uyğun müalicə planının hazırlanmasıdır. Bu gün Azərbaycanda da onkoloji müalicənin bir çox müasir istiqamətləri tətbiq olunur. Müasir cərrahi əməliyyatlar, orqanqoruyucu və onkoplastik cərrahiyyə, şüa terapiyası, hormonal və hədəfəyönlü müalicələr, immunoterapiya kimi imkanlar onkologiyanın müalicə arsenalına daxildir. Süd vəzi xərçəngində, məsələn, xəstəliyin xüsusiyyətlərindən asılı olaraq hormonal və hədəfyönlü preparatlardan istifadə edilir. Bəzi xəstələrdə immunoterapiya da mühüm müalicə imkanı yaradır. Eyni zamanda müasir diaqnostik müayinələr, PET/KT, MRT, immunohistokimyəvi və molekulyar müayinələr xəstəliyin daha dəqiq qiymətləndirilməsinə imkan verir", - müsahibimiz qeyd edib.

Lətifə Məhərrəmova: Xərçəng xəstələrinə qarşı ən böyük məsuliyyətlərimizdən biri onları yanlış məlumatdan qorumaqdır

Müalicə prosesindəki ən ciddi problemlərə də toxunan L.Məhhərəmovaya görə, ən narahatedici məsələlərdən biri xəstələrin müalicə prosesində müxtəlif istiqamətlərə yönləndirilməsi və ziddiyyətli fikirlərlə qarşılaşmasıdır:

"Təsəvvür edin, xəstə hərtərəfli müayinə olunub, diaqnozu dəqiqləşdirilib, multidissiplinar komanda tərəfindən müalicə planı hazırlanıb. Lakin sonradan başqa bir mütəxəssisin fərqli və ya əsassız tövsiyəsi ilə xəstə yenidən müayinələrə, başqa həkimlərə müraciət etməyə başlayır. Nəticədə həm xəstənin fikri qarışır, həm də bəzən müalicəyə başlamaq üçün qiymətli vaxt itirilir. Əlbəttə, ikinci tibbi rəy almaq xəstənin hüququdur və bir çox hallarda faydalıdır. Ancaq bu, ardıcıl və məqsədsiz şəkildə həkimdən-həkimə keçmək, hər dəfə müalicə planını dəyişmək demək deyil. Onkoloji xəstənin müalicəsi sistemli, ardıcıl və elmi əsaslarla aparılmalıdır. Müalicə planında dəyişiklik isə yeni tibbi əsaslar olduqda həyata keçirilməlidir".

Sosial şəbəkələrin tibbi məlumatlardakı roluna da toxunan onkoloq qeyd edib ki, sosial şəbəkələrdə özünü həkim və ya müalicə mütəxəssisi kimi təqdim edən, elmi əsası olmayan məlumatlar yayan şəxslərin mövcudluğu ciddi problemdir. Təəssüf ki, xərçəng diaqnozu ilə üzləşən və psixoloji cəhətdən həssas vəziyyətdə olan insanlar bu cür məlumatlara daha tez inanırlar.

"Bəzən xəstələrə sübut olunmamış preparatlar, müxtəlif bitki qarışıqları, lazımsız dərmanlar və alternativ müalicə üsulları təklif olunur. Bəzi hallarda xəstələr əsas müalicəni dayandırır və ya gecikdirirlər. Bu isə çox ciddi nəticələrə səbəb ola bilər. Xəstə effektiv müalicə üçün qiymətli vaxtını itirə, xəstəliyin irəliləməsi ilə üzləşə, hətta bəzi preparatların zərərli təsirləri nəticəsində əlavə sağlamlıq problemləri yaşaya bilər. Fikrimcə, xərçəng xəstələrinə qarşı ən böyük məsuliyyətlərimizdən biri onları yanlış məlumatdan qorumaqdır. Heç bir sosial şəbəkə reklamı, heç bir möcüzəvi müalicə vədi elmi əsaslı onkoloji müalicəni əvəz edə bilməz" - müsahibimiz əlavə edib.

Lətifə Məhərrəmova hesab edir ki, xərçəng müalicəsi ölkələrlə deyil, tibbi göstərişlərlə, elmi sübutlarla və peşəkar komanda ilə ölçülməlidir. Xəstəni xaricə aparan bəzən tibbi ehtiyac deyil, ölkəsində müalicə ala bilməyəcəyinə dair formalaşmış inamsızlıqdır:

"Biz bu inamı peşəkarlıq və real nəticələrlə dəyişməliyik. Çünki xəstə üçün ən vacib olan müalicənin harada aparılması deyil, düzgün müalicəyə vaxtında başlanması, həyatının qorunması və keyfiyyətinin mümkün qədər yüksək saxlanılmasıdır. Bizim mübarizəmiz yalnız xərçənglə deyil, həm də gecikmiş diaqnozla, yanlış məlumatla, əsassız müalicə vədləri ilə və müalicəyə əlçatanlıq problemləri ilə olmalıdır".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri