Icma.az
close
up
RU
Xərçəng xəstəsi 200 uşağın atası oldu KONKRET

Xərçəng xəstəsi 200 uşağın atası oldu KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Xərçəngə səbəb olan mutasiyaya malik donor sperması ilə demək olar ki, 200 uşaq dünyaya gəlib. Onlardan bəziləri artıq vəfat edib.

KONKRET.az xəbər verir ki, xərçəng xəstəliklərinin inkişaf riskini artıran genetik mutasiyanın daşıyıcısı olduğunu bilməyən anonim sperma donoru Avropa üzrə ən azı 197 uşağın atası olub.

Bu barədə araşdırma BBC tərəfindən dərc edilib. Araşdırmada Avropa Yayım Birliyinin (EBU) Jurnalist Araşdırmaları Şəbəkəsindən olan daha 14 media qurumu iştirak edib.

Donorun spermasından qadınların hamilə qalması üçün 17 il ərzində istifadə olunub. Kişi 2005-ci ildə, tələbə olarkən biomaterialını pul qarşılığında verməyə başlayıb. Onun sperması 14 ölkədə, 67 klinikada istifadə edilib.

Bu hansı mutasiyadır?

Gənc kişinin sağlamlıq müayinələri onun sağlam olduğunu göstərirdi. Lakin sonradan məlum olub ki, o, hələ doğulmamışdan əvvəl orqanizmində bəzi hüceyrələr mutasiyaya uğrayıb və bu, TP53 geninin zədələnməsinə səbəb olub.

Bu genin mutasiyası Li–Fraumenti sindromu kimi tanınır və xərçəngə tutulma ehtimalını 90%-ə qədər artırır. Xüsusilə uşaqlıq dövründə yaranan xərçənglər və yetkin yaşda süd vəzi xərçəngi riski yüksək olur.

 “Bu ailə üçün son dərəcə ağır diaqnozdur. Bu, belə bir risklə ömür boyu yaşamaq deməkdir və insanı tamamilə sarsıdır”,
— deyə genetik-onkoloq Kler Törnball bildirib.

Avropa Sperma Bankı açıqlayıb ki, “donorun özü və ailə üzvləri xəstə deyil” və bu cür mutasiya “profilaktik genetik skrininq zamanı aşkar edilmir”. Onlar həmçinin problemin üzə çıxdığı anda donorun dərhal bloklandığını bildiriblər.

Neçə nəfər zərər çəkib və neçə nəfər ölüb? Dəqiq rəqəmlər məlum deyil.

Bu il Avropa İnsan Genetikası Cəmiyyətinin iclasında bildirilib ki, həmin vaxt məlum olan 67 uşaqdan 23-də Li–Fraumenti sindromu aşkar edilib. Onlardan 10-na artıq onkoloji xəstəlik diaqnozu qoyulub.

Araşdırmaçılar müəyyən ediblər ki, hazırda sindrom ən azı 197 uşaqda aşkarlanıb. Lakin bəzi ölkələr məlumat təqdim etmədiyi üçün real rəqəm daha yüksək ola bilər.

 “Bəzi uşaqlarda artıq iki fərqli xərçəng növü inkişaf edib, bəziləri isə çox erkən yaşda həyatını itirib”,
— deyə fransız genetik-onkoloq Edvij Kasper BBC-yə bildirib.

BBC ölüm halları ilə bağlı başqa statistik məlumat paylaşmayıb.

Donorun “qurbanı”

Araşdırmaçılar Fransada tək ana olan bir qadının hekayəsini də təqdim ediblər. O, bu sperma ilə uşaq dünyaya gətirib. Hazırda qızı 14 yaşındadır.

Ana bildirib ki, donora qarşı “heç bir kin saxlamır”, lakin ona “təmiz olmayan, təhlükəsiz olmayan və risk daşıyan” spermanın verilməsini qəbuledilməz hesab edir.

 “Biz bunun nə vaxt baş verəcəyini bilmirik, hansı xərçəng olacağını bilmirik və neçə dəfə təkrarlanacağını da bilmirik”,
— deyə o qeyd edib.

Niyə mutasiya aşkar edilməyib?

 “Hər şeyi yoxlamaq mümkün deyil. Mövcud skrininq qaydaları ilə sperma donorluğu üçün müraciət edən kişilərin cəmi 1–2%-ni qəbul edirik. Əgər tələbləri daha da sərtləşdirsək, ümumiyyətlə donor qalmayacaq. Məsələ bu balansdadır,”
— deyə Şeffild Sperma Bankının keçmiş rəhbəri, professor Alan Peysi bildirib.

BBC donorun kimliyini açıqlamayıb, çünki o, biomaterialı yaxşı niyyətlə təqdim edib və Böyük Britaniyada məlum olan hallarla bağlı artıq əlaqə saxlanılıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri