Xərçəngdən əziyyət çəkən fenomen əməliyyat zamanı öldü
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qırğızıstanlı yumor ustası və sosial şəbəkə fenomeni Eldos Almazov 29 yaşında dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, komediya ustasının ürəyi əməliyyat zamanı dayanıb.
Qeyd edək ki, bu ilin aprelində Eldos Almazova sümük toxumasının bədxassəli şişi olan osteosarkoma diaqnozu qoyulub. O, bir müddət kimyaterapiya müalicəsi alıb. Sentyabrda ayağından ağır əməliyyat keçirib.
Eldos əvvəlcə sosial şəbəkələrdə yumoristik videolarla tanınıb, daha sonra Moskvaya köçərək sənət fəaliyyətini davam etdirib. O, "Açıq mikrofon" televiziya layihəsinin altıncı mövsümündə də iştirak edib.
10 yaşında ona boy inkişafının dayanması ilə nəticələnən hipofiz nanizmi diaqnozu qoyulub. Məktəbi bitirəndə boyu 112 santimetr olan Eldosun yetkinlik dövründə boyu 130 santimetrə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















