Xərçəngdən əziyyət çəkən Lerçek xəstəxanaya yerləşdirildi
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalina xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, mədə xərçənginin sonuncu mərhələsi ilə mübarizə aparan 33 yaşlı bloger ağrılarının yenidən artması səbəbindən onkoloji mərkəzə müraciət edib.
Bu barədə sosial media hesabında paylaşım edən Lerçek artıq yeriyə bilmədiyini, əlil arabasının köməyi ilə hərəkət etdiyini bildirib.
Qeyd edək ki, martın 13-də Valeriya Çekalina kimyaterapiya kursuna başlamaq üçün xəstəxanaya yerləşdirilib. Lerçekdə əlavə olaraq beyin şişi də aşkarlanıb. Şiş xoşxassəlidir, lakin toxumalara təzyiq göstərdiyi üçün davamlı baş ağrılarına səbəb olur.
Xəstəliyi səbəbindən prokurorluq 250 milyon rublun BƏƏ-yə çıxarılması ilə bağlı cinayət işinin dayandırılmasına razılıq verib. Son məlumata görə, Lerçek ev dustaqlığından azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















