Icma.az
close
up
RU
“Xərçəngdən güclüsən” adlı tədbir keçirilib

“Xərçəngdən güclüsən” adlı tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyi (TƏBİB) və “PAŞA Həyat Sığorta” ASC-nin təşkilatçılığı ilə “Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “Xərçəngdən güclüsən” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, “PAŞA Həyat Sığorta”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Dilara Babayeva, struktur bölmə rəhbərləri, əməkdaşlar, tibb müəssisələrinin həkim-onkoloqları və digər şəxslər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, dünyada hər səkkiz qadından biri xərçəngdən əziyyət çəkir. Lakin qadınlar müalicəyə cəlb olunarsa, sonrakı beş il ərzində onların yaşama şansı 90-95 faizdir: “Bütün 40-69 yaş arası qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Mammoqrafik müayinə çox sadədir. Bu prosesdə maarifləndirmə çox önəmlidir. Bu işdə bizə bütün cəmiyyət, media kömək etməlidir”.

“PAŞA Həyat” ASC-nin İdarə Heyətinin üzvü Dilara Babayeva qeyd edib ki, qurum tərəfindən maarifləndirmə istiqamətində bir çox işlər görülür:“Üç il əvvəl "GüclüSən" cəmiyyəti yaradılıb. Layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib. TƏBİB, RİİB və bir sıra digər təşkilatlarla əməkdaşlıq çərçivəsində bu tədbirləri yalnız paytaxtda deyil, bir sıra regionlarda da təşkil edərək, ümumilikdə 500-dən çox insanın təmənnasız müayinədən keçməsini təmin etmişik”.

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli layihə ilə bağlı ətraflı məlumat verərək deyib ki, 2025-ci il ərzində 22 region üzrə üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub: “Həmçinin tərəfdaşlarımızla birgə işğaldan azad olunan ərazilərimizdə skrininq müayinələr həyata keçirilib. Aztəminatlı ailələr, valideyn himayəsindən məhrum uşaqlar və ahılların da cəlb edildiyi bir çox layihələr - “Peşə Günləri”, “Ucqar rayonlarda səyyar müayinə”, “Yaşa dolduqca yaşa”, “Autizm xəstəlik deyil, fərqlilikdir” tərəfimizdən icra edilib”.

Nigar Rüstəmli TƏBİB-in yaxın günlərdə istifadəyə veriləcək, korporativ sosial məsuliyyət (KSM) yönümlü təşəbbüsləri bir araya gətirən, yaradıcı, innovativ və strateji layihələri paylaşan və inkişaf etdirən “Layihə Hovuzu” platforması ilə bağlı da iştirakçıları məlumatlandırıb.

Sonda çıxış edən həkim-onkoloq Nərmin Axundova bu il Gəncə şəhərində 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsinin həyata keçirilməsindən danışıb:“Gəncədə keçirilən müayinələrdə 8 qadında erkən mərhələdə süd vəzi xərçəngi aşkarlanıb. Erkən müdaxilə nəticəsində həmin şəxslərdə xəstəlik vaxtında aşkarlanıb və müalicələrə cəlb olunub".

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər planına, həmçinin TƏBİB-in 2025-2027-ci illər üzrə Strateji Planının hədəflərindən biri də onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri