Icma.az
close
up
RU
Xərçəngdən qorunmağın SADƏ YOLLARI

Xərçəngdən qorunmağın SADƏ YOLLARI

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günümüzün bəlasına çevrilən xərçəngin 100-dən artıq növü var və bədənimizin istənilən hissəsində inkişaf edə bilir. Hər il dünyada milyonlarla adam xərçəng xəstəliyinə tutulur və elə milyonlarla insan da xərçəngdən ölür.

Kişilər arasında daha çox ağ ciyər, prostat vəzi, mədə, qaraciyər xərçəngi, qadınlar arasında isə süd vəzi, düz bağırsaq, ağciyər, uşaqlıq boynu xərçəngi yayılıb. Mütəxəssislərin fikrincə, xərçəgin əsas risk faktorları - piylənmə, meyvə və tərəvəzlərin az miqdarda qəbulu, fizki aktivliyin az olması, spirtli içkilərin qəbulu və siqaret çəkməkdir.

Saglamolun.az həkim fitoterapeft Fizuli Hüseynovun fizulihuseynov.com saytına açıqlamasına istinadən bildirir ki, bədənimiz başdan-başa hüceyrələrdən təşkil olunub və bu hüceyrələr beynimizdən gələn əmrlərə tabe olaraq çoxala bilirlər.

Amma xərçəng hüceyrələri müstəqil qurum kimi beynimizə tabe olmadan çoxalır. Sonra bu hüceyrələr bir-biri ilə birləşib şiş toxuması əmələ gətirir. Daha sonra şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Əgər bu hüceyrələr qan və ya limfa damarına daxil olarsa, başqa toxumalara yayılma, yəni metastaz baş verir.

Həkimin sözlərinə görə, xərçəngin olmaması üçün bədənimizdə zəngin antioksidant ehtiyatı olmalıdır:

“Antioksidantlar bol günəş şüaları altında təbii şəkildə yetişən bütün meyvə və tərəvəzlərdə var. Bir misal çəkim, pomidorun tərkibindəki antioksidantın adı likopendir və o, prostat vəzi xərçənginin qarşısını almaq xüsusiyyətinə malikdir. Bostanda günəş altında bitən pomidorda parnikdə bitənlə müqayisədə likopen 20 dəfə çox olur, yəni biz 20 kq parnik pomidoru yeməliyik ki, 1 kq normal pomidorun antioksidantını mənimsəyə bilək. Bu qayda bütün tərəvəz və meyvələrdə də özünü göstərir”.

Mütəxəsissis bildirib ki, biz bol-bol meyvə-tərəvəz yesək, siqaret və alkoqol istifadə etməsək, hüceyrələri zədələyən və antioksidant itkisinə səbəb olan rentgen şüalarından özümüzü qorusaq, “fast food” yeməklərini menyumuzdan çıxartsaq, xərçəngə tutulma ehtimalımız daha çox azalar:

“Xərçəngə tutulmamaq üçün hər bir insan gündə ən azı 3 km gəzməlidir. Həmçinin idmanla məşğul olmaq da antioksidant istehsalını artırır. Xoşrəftar olanların beynində xoşbəxtlik hormonlarının çox olması da xərçəngin qarşısını alan bir vasitədir.

Xərçəngdən qorunmaq və onu müalicə etmək üçün bal, arı südü, Qafqaz kefiri, rafinə olunmamış zeytun yağı, brokkoli kələmi, buğda cücərtisi, keçibuynuzu, razyana, damotu, bibər, sarıkök, qara zirə, zəncəfil, boymadərən, soğan, sarımsaq, göyərtilər, meyvə qurularından istifadə etmək lazımdır.

Əgər kimdəsə xərçəng tapılıbsa, yaxşı olar ki, o, heyvani məhsulları, rafinə olunmuş ərzaqları, sənaye məhsullarını, qazlı şirin içkiləri, konserv məhsullarını qida rasionundan çıxarsın.

Xərçəngin həm müalicəsində, həm də profilaktikasında gündə 2 saat açıq havada yeyin addımlarla gəzmək lazımdır. Yeyin gəzən zaman qaraciyərdə antioksidan istehsalı çoxalır".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri