Icma.az
close
up
RU
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş Diqqətli olun

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş Diqqətli olun

Icma.az bildirir, Milli.az portalına istinadən.

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub.

Milli.Az xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,3 milyon yeni xərçəng hadisəsi deməkdir.

Məlumata görə, bu halların demək olar ki, hamısının yaranmasında beş əsas patogenin rolu olub.

Ən çox xərçəng hadisəsi "Helicobacter pylori" adlı mədə bakteriyası ilə əlaqələndirilib. Bakteriya 2024-cü ildə qeydə alınan bütün xərçənglərin 4 faizində, yəni 760 min hadisədə rol oynayıb.

Dünya əhalisinin təxminən yarısında rast gəlinən "H.pylori" əksər insanlarda heç bir əlamət yaratmır. Lakin infeksiyanın bəzi növləri mədə xorası və mədə xərçənginə səbəb ola bilər.

İkinci əsas amil isə insan papilloma virusu (HPV) olub. Virus 2024-cü ildə qeydə alınan yeni xərçəng hallarının 4 faizi, yəni 750 min hadisə ilə əlaqələndirilib.

Araşdırmada hepatit B virusunun (HBV) yeni xərçəng hallarının 2 faizi, Epstein-Barr virusunun (EBV) 1 faizi, hepatit C virusunun (HCV) isə 1 faizdən azı ilə əlaqəli olduğu müəyyən edilib.

Tədqiqatçılar hesab edirlər ki, bu infeksiyaların vaxtında aşkarlanması, müalicəsi və qarşısının alınması dünyada xərçəng hallarının sayının əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.

Araşdırmanın baş müəllifi Harriet Rumgay bildirib ki, yenilənmiş məlumatlar xərçəngin qarşısının alınması strategiyalarında infeksiyalara nəzarətin əhəmiyyətini göstərir.

Mütəxəssislərin sözlərinə görə, bir sıra xərçəng törədən infeksiyalara qarşı vaksinlər, diaqnostik vasitələr və müalicə üsulları artıq mövcuddur.

İnfeksiyalarla əlaqəli xərçənglərin təxminən dörddə üçü aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.

2024-cü ildə bu növ xərçənglərin 42 faizi Şərqi Asiyada aşkarlanıb. Bölgədə əsas əlaqəli infeksiyalar "H. pylori" və HBV olub.

Tədqiqatçılar xüsusilə HPV və HBV-yə qarşı peyvəndləmənin genişləndirilməsinin xərçəng hallarının azalmasına təsir göstərə biləcəyini bildiriblər.

Bununla yanaşı, "H. pylori" və EBV ilə bağlı effektiv profilaktik vasitələrin hazırlanmasında hələ də ciddi boşluqların olduğu qeyd edilib. EBV-yə qarşı peyvəndlərin hazırlanması üzrə isə bir sıra klinik sınaqlar davam edir.

Müəlliflər xərçəngin yaratdığı iqtisadi və sosial yük nəzərə alınmaqla, infeksiyaların qarşısının alınmasına yönəlmiş tədbirlərə investisiyaların artırılmasının vacib olduğunu vurğulayıblar.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri