Icma.az
close
up
RU
Xərçəngin 10 ƏSAS SİMPTOMU. Bunu hamı bilməlidir!

Xərçəngin 10 ƏSAS SİMPTOMU. Bunu hamı bilməlidir!

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar bütün dünyada xərçəng xəstəliyinin müalicəsində çox ciddi irəliləyiş müşahidə olunur.

Lakin müalicənin uğurlu nəticələri xəstəliyin nə zaman aşkar olunmasından asılıdır. İlkin mərhələlərdə aşkar olunmuş xəsrçəngin demək olar bütün formaları yaxşı müalicə olunur və xəstənin tam sağalması ilə nəticələnir. Onkologiyanın əsas problemlərindən biri məhz xərçəngin vaxtında aşkar olunmasındadır.

Xərçəng çox hiyləgər xəstəlikdir. İlkin mərhələlərdə xərçəng özünü çox cüzi simptomlarla büruzə verir.  Bu səbəbdən hər bir insan xərçəngin ilk simptomlarını bilməli və bədənin siqnallarına daim diqqətli olmalıdır.

Beləliklə, xərçəngin ilkin simptomları arasında:

1. Qadınlarda süd vəzilərində istənilən bərkimiş sahələr, gilələrdən mayenin, qanın, irinin ifraz olunması, gilənin formasının, görünüşünün dəyişilməsi.

2. Anus nahiyəsindən qanaxmalar.  Qan al qırmızıdırsa, bu əksər hallardan babasilin simptomudur. Lakin qan tünd rəngdədirsə, bu düz bağırsaq xərçənginin simptomu ola bilər. Hər bir halda anus nahiyəsindən qanın ifrazı proktoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.

3. Qadınlarda menstruasiya ilə bağlı olmayan qanaxmalar - menstruasiyalar arası qanaxmalar, cinsi əlaqə zamanı, ginekoloji baxım zamanı qanaxmalar.  Klimaks dövründə olan və aybaşı kəsilmiş qadınlarda cinsi yollardan qanlı ifrazatların olması çox təhlükəli simptomdur.

4. Sidikdə qan izləri.

5. Heç bir müalicəyə tabe olmayan, sağalmayan öskürək.

6. Limfa düyünlərində dəyişikliklər - bərkimə, böyümə.

7. Daim səbəbsiz yorğunluq, zəiflik, bədən çəkisinin səbəbsiz olaraq azalması.

8. Ağız boşluğunda sağalmayan yaralar və xoralar.

9. Xalın formasının, rənginin dəyişilməsi, xalın böyüməsi, qanaması.

10. Qarın böşluğunda, beldə, kürək nahiyəsində, kiçik çanaqda və s. nahiyələrdə tez-tez təkrarlanan ağrılar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri