Icma.az
close
up
RU
Xərçənglə mübarizədə yeni ümid

Xərçənglə mübarizədə yeni ümid

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Meksikadan dünyaya yayılan bu möcüzəvi dənəciklər sağlamlıq baxımından əsl xəzinə hesab olunur.

Pravda.az bildirir ki, qazlı içkilərə alternativ kimi təqdim edilən, lakin onların əksinə zərərli olmayan su kefiri sosial mediada böyük maraqla qarşılanır.

Su kefiri nədir?

Fermentasiya olunmuş içki olan kefir qədim zamanlardan Qafqaz xalqlarının uzunömürlülüyünün sirri sayılır. Suyun mayalanması ilə əldə edilən kefir tərkibindəki probiotiklər sayəsində xəstəliklərə qarşı müsbət təsirə malikdir. Su kefiri də adi kefirə bənzəyir və minlərlə faydalı bakteriya sayəsində bağırsaq florasını tənzimləyən mühüm içkidir. Bakteriyalar, maya və polisaxaridlərin birləşməsi ilə yaranan jelvari quruluş isə kristal sağlamlıq dənəcikləri adlanır.

Bitki mənşəli olduğu üçün süd kefirindən fərqlənən su kefiri ənənəvi kefirdən fərqli olaraq Qafqaz deyil, Meksika mənşəlidir. Şirin şirəsi olan opuntia adlı kaktusun ətrafında simbiotik əlaqədə olan bakteriya və maya koloniyalarından əldə olunur. Su kefiri süni şəkildə istehsal edilmir, onu əldə edib çoxaltmaq lazımdır. Süd məhsulları istehlak etməyənlər üçün əla seçim olan su kefiri qatıqdan daha çox probiotik tərkiblidir. Laktoz dözümsüzlüyü olanlar və veganlar da su kefirindən rahatlıqla istifadə edə bilər.

Su kefirinin faydaları nələrdir?

Faydalı bakteriyalarla zəngin olan su kefiri sağlamlıq baxımından çox dəyərlidir. Su, meyvə parçaları və şəkərlə birlikdə 24-48 saat ərzində fermentasiya edilən bu içki sonda sağlam içkiyə çevrilir. Hazırda geniş istifadə edilən qazlı içkilərə rəqib olan su kefiri mayalandıqda laktik turşu, etanol və karbon qazı ilə zəngin qazlı forma alır.

Xəstəliklərə qarşı qoruyucu qalxan: probiotiklər

Su kefirinin ən mühüm xüsusiyyəti güclü probiotik mənbəyi olmasıdır. Probiotiklər, xərçəngin qarşısının alınmasından tutmuş, immunitet sisteminin gücləndirilməsinə, bağırsaq sağlamlığından xəstəliklərə qarşı qorunmaya qədər bir çox sahədə faydalıdır. Araşdırmalar göstərir ki, su kefiri digər kefir növlərindən fərqli bakteriyalar daşıyır.

Su kefirinin digər bir üstünlüyü isə xərçənglə mübarizəyə kömək etməsidir. O, bağırsaqların və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, eyni zamanda qəbizlikdən əziyyət çəkənlər üçün də çox faydalıdır.

Fermentasiya olunmuş məhsul olduğu üçün immun sistemini gücləndirir.

Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Aprel 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see283

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see213

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see119

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see119

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see118

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see117

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see117

Tramp və İlon Mask arasında münasibətlər gərginləşir

05 İyun 2025 07:31see117

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see116

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see115

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see115

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see115

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see114

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see112

Qəzzada Laboratoriyalar üçün nəzərdə tutulan tibbi avadanlığın 60 faizi məhv edilib

05 İyun 2025 08:03see112

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see111

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see111

Romalıların sabiq çalışdırıcısı Turin klubunda RƏSMİ

05 İyun 2025 19:17see111

“Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinə start verilib

05 İyun 2025 19:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri