Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Xərçənglə mübarizədə cəmiyyətin dəstəyi vacibdir Müsahibə

Xərçənglə mübarizədə cəmiyyətin dəstəyi vacibdir Müsahibə

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xərçənglə mübarizə, dünyanın ən ciddi sağlamlıq problemlərindən biridir. Hər il milyonlarla insan bu xəstəliklə mübarizə aparır. Erkən diaqnoz, doğru müalicə və psixoloji dəstək bu mübarizədə böyük rol oynayır. Xərçəngə qarşı mübarizə təkcə həkimlərin deyil, hər birimizin məsuliyyətidir. Sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm yoxlamalar xərçəngin qarşısını almaqda mühüm amillərdir. Bu mübarizədə həm fərdi yanaşma, həm də cəmiyyətin dəstəyi vacibdir.

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin ailə həkimi, “check up” üzrə mütəxəssisi Dr. Fərəh Məmmədova Xərçəng xəstəliyindən danışıb.

Modern.az həmin müsahibəni təqdim edirik:

Fərəh xanım, xərçənglə mübarizə hər il olduğu kimi bu il də səhiyyənin aktual problemlərindən biridir. Bu haqda nə deyə bilərsiniz?

Xərçəng xəstəliyi həyati təhlükə törədən risklərə görə ürək-damar xəstəliklərindən sonra ikinci yerdədir və hər il açıqlanan statistik göstəricilər bu xəstəliklə mübarizənin zəruriliyini bir daha vurğulayır.

Xərçəng normal bədən hüceyrələrinin mutasiyası və anormal hüceyrələrin nəzarətsiz böyüməsi və yayılması ilə xarakterizə olunan xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə; Kişilərdə ağciyər, prostat, kolorektal, mədə, qaraciyər və mədəaltı vəzi xərçəngləri, qadınlarda isə ən çox rast gəlinən xərçəng növləri süd vəzi, bağırsaq, ağciyər, mədəaltı vəzi, mədə, qalxanabənzər vəzi və uşaqlıq yolu xərçəngləridir. Bu gün piylənmə, şəkərli diabet və xərçəng kimi qeyri-infeksion xəstəliklər bütün dünyada əsas ictimai sağlamlıq problemlərindən biridir. İstər artan xəstələnmə və ölüm nisbətləri, yüksək müalicə xərcləri və təhlükəli təsirləri ilə xərçəng ciddi bir vəziyyətə çevrilir. Bu səbəbdən bu xəstəliklə mübarizə tədbirlərinin şüurlu planlaşdırılması və profilaktik sağlamlıq siyasətlərinin müəyyən edilməsi çox vacibdir.

Hansı müayinə və ya testlər xərçəngi aşkar etməyə kömək edir?

Xərçəngin erkən mərhələdə aşkarlanması xərçəng müalicəsinin müvəffəqiyyətini artırır. Erkən diaqnoz üçün, şəxsin heç bir şikayəti olmasa belə, illik check up müayinələrin və yaşa və risk faktorlarına uyğun skrininq testlərin aparılması vacibdir. Məsələn, uşaqlıq boynu xərçənginin erkən diaqnostikası üçün qadınlar mütəmadi olaraq Pap-smear testləri və digər skrininq testlərindən keçməlidirlər; döş xərçənginin erkən aşkarlanması üçün 40 yaşa qədər süd vəzilərinin öz-özünə müayinəsi və süd vəzisinin kliniki müayinəsi və 40 yaşdan sonra isə mammoqrafiya aparılması vacibdir. Həm qadınlar, həm də kişilər üçün yo]un bağırsaq xərçənginin erkən diaqnozu üçün nəcisdə gizli qan testi, kolonoskopiya və kolon rentgenoqrafiyası, prostat xərçənginin erkən diaqnozu üçün kişilərə PSA və rektal müayinə tövsiyə olunur.

Bəzən insanlar qorxaraq , “həklimə getsəm nəsə tapacaq” fikri ilə müayinələrdən yayınır. Bu haqda fikriniz nədir?

Çox tez-tez rastladığımız vəziyyətdir. Əsla belə deyil. Məlumatlı olmaq həmişə vacibdir. Ona görə də sizin kimi mətbuatın, nəşrlərin dəstəyi çox böyükdür. Fərqinə varmaq və maariflənmək- Xərçəng nədir, kimlərdə ola bilər? Qorunmaq üçün nə etmək lazımdır? Bu haqda xəstələrlə daima söhbət aparırıq. Şübhə etdiyimiz hər şey xərçəng ola bilməz. Həmişə qorxmaq əvəzinə öyrənmək daha önəmlidir- xərçəngdirsə, xərçəngdir, deyilsə, yox. Erkən diaqnoz olduqda, bir çox xərçəng növlərində müvəffəqiyyət nisbəti artmış olur, qalxanabənzər vəzi xərçəngi, prostat vəzi xərçəngi və süd vəzi xərçəngi üçün müalicə nisbətləri hətta 100% təşkil edir.

Xərçəng genetik xəstəlikdirmi?

Xərçəng genetik xəstəlik hesab olunur. Ancaq xərçəng iki qrupa bölünür: Xərçənglərin əksəriyyəti siqaret, müəyyən kimyəvi maddələrə məruz qalma, müəyyən virusların və ya qidalanma vərdişlərinin səbəb olduğu infeksiyalar, narahatlıq və stress kimi xarici amillərlə normal genetik quruluşun birdən-birə pozulduğu zaman meydana gəlir. Təsadüfən meydana gələn bu xərçəng qrupu bütün xərçənglərin 90-95% ni təşkil edir. İkinci qrup irsi xərçənglərdir. Bu qrupda xəstəliyin ortaya çıxmasında ailədən miras alınan genlər təsirli olur.

Genetik testlər xərçəngin erkən diaqnozunda və fərdi müalicə yanaşmalarının müəyyən edilməsində mühüm vasitədir. Bu testlər bir insanın xərçəngə tutulma riskini təyin etməkdə faydalı ola bilər, xüsusən də ailəsində xərçəng xəstəliyi olan insanlar üçün. Bu məlumat erkən müdaxiləyə və fərdi müalicə planlarının yaradılmasına imkan verir. Bu, müalicənin müvəffəqiyyətini artıra və sağ qalma şansını artıra bilər.

Düşünürəm ki, xərçəngdə yaş faktoru önəmlidir. Xərçəng yetkinlərdə, uşaqlarda və yaşlılarda necə inkişaf edir?

Xərçəng hər yaşda baş verə bilər. Ancaq müəyyən dövrlərdə artır. Cəmiyyət yaşlandıqca insan yaşlandıqca xərçəngə tutulma ehtimalı artır. Amma bu o demək deyil ki, 25 yaşında xərçəng görünə bilməz. Uşaq xərçəngləri müxtəlifdir- belə xəstəliklərin bir qrupu irsiyyətlə bağlı baş verir, bir qrupu isə zamanla inkişaf edə bilər.

Təəssüf ki, qocalma prosesinin qarşısını ala bilmirik. Ancaq bunun xərçəng riskini necə artırdığını bilmək vacib bir başlanğıcdır. Məsələn, siqaret çəkmə, həddindən artıq spirt istehlakı və yaşlanmanın xərçəng riskini artıran oxşar mexanizmlər vasitəsilə işlədiyini bilmək vacibdir. Yaşla riski artan xərçəng növlərinə ən yaxşı nümunələr kolorektal, süd vəzi, prostat, ağciyər və uşaqlıq boynu xərçəngləridir.

Yaşlanma birdən baş vermir və hər kəs xərçəngə tutulmur. Bununla belə, bədənimizdən xəbərdar olmaq, anormal və davamlı dəyişiklikləri görmək və azaltmaq səlahiyyətimizdə olan risk faktorlarını nəzərə almaq yaşlandıqca daha da vacib ola bilər. Normal olmayan və keçməyən hər hansı bir fiziki dəyişiklik hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.

Əlavə etmək istədikləriniz varmı?

İnanırıq ki, diaqnostik üsullardakı irəliləyişlər və maarifləndirmə, aparılan skrininq proqramları sayəsində xərçəngin bütün növləri yaxın gələcəkdə daha erkən mərhələlərdə aşkar ediləcək. Bu, şübhəsiz ki, sağalma şansını artıracaq. Nanotexnoloji metodların inkişafı ilə paralel olaraq yenidən qurulmuş və ya yeni kəşf edilən dərmanların canlı hüceyrələrə zərər vermədən yalnız xərçəng hüceyrələrinə yönəldilməsi xərçəngin müalicəsi strategiyalarında çox mühüm addımdır və bu sahədə yeniliklər davam edir. Ən vacib addım isə rutin sağlamlıq müayinələrindən keçmək və bu yoxlamaların yaşa və risk qrupuna görə aparılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri