Icma.az
close
up
RU
Xəstəlik yayıldı Bu heyvanların ətini yemək olmaz

Xəstəlik yayıldı Bu heyvanların ətini yemək olmaz

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Astara rayonunda da mal-qara arasında dabaq xəstəliyi yayılıb. Kəndlərdə heyvan saxlayanların sözlərinə görə, son 10 gün ərzində xəstəlik sürətlə yayılır, yoluxmuş heyvanların qızdırması 42 dərəcəyə çatır.

Xatırladaq ki, Astara rayonundan öncə də Azərbaycanın bir neçə rayonunda heyvanlar arasında dabaq xəstəliyinə rast gəlinib. 

Bu xəstəliyin insanlara keçmə riski varmı? Bu xəstəliyə tutulan heyvanın əti yeyilməlidirmi?

Sitat.info Sfera.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən infeksionist Aytən Ziyadova xəstəliyin qida ilə insana keçmə riskinin olduğunu deyib.

Onun sözlərinə görə, dabaq çox yoluxucu, virus mənşəli xəstəlikdir və əsasən iri və xırdabuynuzlu heyvanlarda, inək, camış, qoyun, keçilərdə rast gəlinir: 

“Virus heyvanların ağız, dırnaq və döş nahiyəsində yaralar, yüksək hərarət və iştahasızlıqla özünü göstərir. İnsanlara isə xəstə heyvanla birbaşa təmas zamanı xüsusilə süd, ağız suyu, yara və ifrazatla əlaqə nəticəsində keçə bilər. Amma bu hallar çox nadirdir və adətən mal-qara ilə birbaşa işləyən şəxslərdə müşahidə olunur”.

İnfeksionist xəstə heyvanın ətinin və süd məhsullarının istifadəsinin ciddi risk daşıdığını qeyd edib.

O bildirib ki, xəstə heyvanın əti və südü qətiyyən yeyilməməlidir: 

“Virus müəyyən istilik şəraitində də dözümlü qalır və bu, insan sağlamlığı üçün təhlükə yarada bilər. Belə hallarda məhsullar yalnız baytarlıq nəzarətindən sonra istifadəyə yararlı hesab oluna bilər. Əks halda istifadəsi qadağandır. Xəstəliyin qarşısını almaq üçün əsas tədbirlər xəstə və sağlam heyvanların ayrılması, saxlanma yerlərinin dezinfeksiyası və mütəmadi peyvəndləmədir. Əhali belə hallarla rastlaşdıqda dərhal yerli baytarlıq idarəsinə məlumat verməlidir. Bu, həm heyvanların qorunması, həm də insanların sağlamlığı üçün vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri