Icma.az
close
up
RU
Xəstəliklər yenə artdı Necə qorunmalı?

Xəstəliklər yenə artdı Necə qorunmalı?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Payız fəsli başlayanda insanların daha tez-tez xəstələndiyi müşahidə olunur.

Terapevt Günay Lətifova Metbuat.az-a açıqlamasında bildirib ki, bu, bizim iqlimə görə normaldır, çünki bizdə payız fəsli demək olar ki, olmur – dərhal gödəkçədən qalın kurtkaya keçirik:

“Orta təbəqə fəsil yoxdur, yəni birbaşa istidən soyuğa keçir və bu da geyim natarazlığına səbəb olur. İnsanlar səhər evdən çıxanda həmin gün havanın isti, yoxsa soyuq olacağını bilmədikləri üçün uyğun geyim seçməkdə çətinlik çəkirlər. Bu da tamamilə normaldır və nəticədə soyuqdəymələr artır”.

Həkimin sözlərinə görə, yaydan yeni çıxdığımız üçün qidalanmaya da lazımi diqqət göstərilmir, soyuq içkilər qəbul edilməyə davam edilir. Bu isə boğaz xəstəliklərinin – angina və tonzilitin artmasına səbəb olur. Bütün bunları nəzərə alsaq, xəstələnmələrin sayının artması təbiidir.

Bəs bu problemlərin qarşısını necə almaq olar?

G.Lətifova qeyd edib ki, havaya uyğun olaraq geyim seçmək vacibdir:

“Səhər evdən çıxarkən isti geyim götürmək tövsiyə olunur ki, gün ərzində havanın dəyişməsinə uyğunlaşmaq mümkün olsun. Bundan başqa, payızda nəqliyyat vasitələrində sıxlıq artır. Xüsusilə də universitetlərin fəaliyyəti bərpa olunduğu üçün böyük şəhərlərdə, xüsusilə Bakıda ictimai nəqliyyatda sıxlıq yaranır. İnsanların çox olduğu yerlər isə bakteriya və virusların yayılması üçün münbit şərait yaradır. Ona görə də belə yerlərdə maskadan istifadə etmək, əlləri tez-tez yumaq və ya antiseptik məhlul gəzdirmək məsləhətdir”.

Terapevt tövsiyə edib ki, əgər özünüzü narahat hiss etsəniz, ilk növbədə bol maye qəbul edin. Soyuqdəymə və ya qrip əlamətləri güclənərsə, vaxtında həkimə müraciət edin və onun tövsiyəsi ilə müalicəyə başlayın ki, xəstəlik ağırlaşmasın və orqanizmə daha çox zərər vurmasın.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri