Icma.az
close
up
RU
Mövsümi xəstəliklər: Uşaqları virusdan necə qorumaq olar?

Mövsümi xəstəliklər: Uşaqları virusdan necə qorumaq olar?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olub.

Hazırda xəstəliyə yoluxan uşaqlarda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri müşahidə edilir. Çoxları bunun mövsümi viruslardan biri olduğunu düşünsələr də, bəzi hallarda xəstəlik ağırlaşaraq xəstəxanaya yerləşdirilmə zərurəti yaradır.

Hətta, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında bununla bağlı paylaşım edərək bildirib ki, sığınacaqda yaşayan uşaqlar da virusa yoluxub. 

Onun sözlərinə görə, 2 uşaq xəstəxanada, 6 uşaq isə sığınacaqda müalicə alır.

Maraqlıdır, ölkədə yayılan virus nədir? Bu virus nə dərəcədə təhlükəlidir və valideynlər övladlarını necə qoruya bilərlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında pediatr Aytən İsmayılzadə bildirib ki, uşaqlar arasında qeyri-adi bir vəziyyət müşahidə edilmir. Onun sözlərinə görə, yayılan infeksiyalar mövsümi xəstəliklərin artması ilə əlaqəlidir:

"Viruslar həmişə mövcuddur, uşaqlar arasında qeyri-adi bir vəziyyət müşahidə edilmir. Qorunmaq məsələsinə gəldikdə isə, əsas problem uşaqların düzgün qidalanmaması, az hərəkət etməsi, daha çox qapalı məkanlarda vaxt keçirməsi və təbiətlə təmasının zəif olmasıdır. Buna görə də xəstəliklər tez-tez təkrarlanır, sağalma prosesi uzanır və ağırlaşmalar baş verir.

Hazırda xüsusi adı olan yeni bir virus infeksiyası yoxdur. Ancaq mövsümi xəstəliklər aktivdir. Məsələn, rotavirus yayılıb və bu, qusma və ishal ilə müşayiət olunur. Bəzi uşaqlarda isə koksaki virusu aşkarlanıb”.

Pediatr qeyd edib ki, allergik uşaqlarda virus infeksiyaları daha ağır keçir:

“Bahar fəslinin başlaması ilə yanaşı, yaz allergiyası da aktivləşib. Buna görə də allergik uşaqlar üçün virus infeksiyaları daha ağır keçə bilər. Yuxarı və aşağı tənəffüs yollarında allergik fonda yaranan qıcıqlanma daha aydın şəkildə özünü göstərir.

Burun axması, burun tıxanıqlığı, boğazda və qulaq yolunda şişkinlik, bronxial astmanın və bronxial obstruksiyanın kəskinləşməsi kimi hallar daha çox müşahidə edilir.Bütün bu allergik reaksiyalar virus infeksiyaları ilə üst-üstə düşdükdə, vəziyyət daha da çətinləşə bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: xəstəlik uşaqlarvirus pediatr Aytən İsmayılzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri