Icma.az
close
up
RU
İrsi xəstəliklər

İrsi xəstəliklər

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gen və xromosom mutasiyaları nəticəsində əmələ gələn və çox nadir hallarda rast gəlinən patoloji hallardan savayı, gen və xromosomlarda baş verən dəyişikliklərlə əlaqədar olan və daha çox hallarda təsadüf edilən bir sıra xəstəliklər mövcuddur.

Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafin, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxial astma, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur. Tibdə gen və xromosom patologiyaları ilə əlaqədar olan 6000-dən artıq (!) müxtəlif xəstəliklər müəyyən edilmişdir.

Belə xəstəliklərin bir hissəsi (karlıq, korluq, zehni zəiflilik) uşaq doğulan andan özünü büruzə verir, digərlərinin əlamətləri isə 10, 20, 30 il və daha artıq müddət keçdikdən (həmçinin orqanizmə ətraf muhitin mənfi faktorları təsir etdikdən) sonra üzə çıxır. Buna görə də valideynlər öz yaxın qohumlarının hansı xəstəliklərə daha çox məruz qaldıqlarını bilməli və övladlarını mümkün qədər irsi xəstəliklərin əmələ gəlməsindən qorumağa çalışmalıdırlar.

Bunu necə etmək olar? Bunun üçün bir neçə misal çəkək. Əgər sizin yaxın qohumlarınız arasında bronxial astma xəstəliyinə təsadüf edilmişsə, siz öz körpənizdə allergiyanın hər hansı bir formasının əmələ gəlməsinə qarşı mübarizə aparmalısınız. Allergiyanın ilk əlamətləri meydana gəldiyi halda uşağınızı tez bir zamanda müayinə etdirməli, müalicə tələb olunarsa, onu təxirə salmamalı, onun üçün evdə hipoallergik məişət şəraiti yaratmalı və həkim tərəfindən məsləhət görülən digər qaydalara əməl etməlisiniz. Bütün bu qaydalara əməl etməklə siz öz körpənizi şox ağır bir xəstəlik hesab olunan bronxial astmadan qorumuş olarsınız.

Əgər sizin yaxın qohumlarınızın bir çoxunda böyrək xəstəliklərinə daha çox təsadüf edilirsə, körpənizin böyrəklərinin necə işləməsinə hər zaman diqqət yetirməyiniz vacib hesab olunur. Körpənizdə böyrək patologiyasının hər hansı bir kiçicik əlamətləri nəzərə çarparsa, təxirə salınmadan həkimə müraciət etməyiniz vacibdir. Hər zaman yadda saxlayın ki, uşaq orqanizminin özünü bərpa etmək qabiliyyəti böyüklərə nisbətən xeyli dərəcədə yüksək olur, onlarda rast gəlinən hətta ən ağır və qorxulu xəstəliklərin ilk dövrlərində çətinlik çəkmədən müalicə etmək mümkün olur.

Bundan savayı, usağın ana və atasının nəslində ağır irsi patologiyaların olub-olmamasından asılı olmayaraq uşağınızın immun sistemini möhkəmləndirməyiniz vacibdir. Belə ki, sağlam immun sistemi özü-özlüyündə orqanizmdə baş verən bütün xəstəlik və patoloji hallara qarşı lazım olan səviyyədə mübarizə aparmaq qabiliyyətinə malikdir.

Əlbəttə ki, heç bir ailə xəstə uşaqların doğulmasından sığorta olunmamışdır. Xəstə uşaqların doğulması səbəbləri isə müxtəlif ola bilər - irsiyyət, ətraf mühitin zərərli faktorları, ananın ilkin və ya hamiləlik dövründəki xəstəlikləri və süni uşaqsalma əməliyyatlarına məruz qalması və s. Ancaq elə ailələr də vardır ki, onlarda xəstə uşaqların doğulması ehtimalı digər ailələrə nisbətən xeyli yüksək olur.

Məhz buna görə hamiləliyə hazırlıq mərhələsində (belə hazırlığı bütün ailələr keçməlidir) gələcək valideynlərin hər ikisi müvafiq həkimə müraciət etməli, lazım gələrsə müxtəlif laborator, ultrasəs və digər müayinələrdən keçməlidirlər. Xüsusən də ər və arvadın arasında qohumluq əlaqələri vardırsa və ya onlardan biri azsaylı xalqlara məxsusdurlarsa, hamiləliyə qədər mütləq həkim genetikin müayinəsindən keçməlidirlər.

Bundan başqa, aşağıdakı hallarda da həkim genetikin müayinəsindən keçmək vacib hesab edilir:

- bir və ya bir neçə anadangəlmə qüsurlu uşaqları olan ailələr;

- qadının yaşı 35-dən və ya atanın yaşı 45-dən artıq olan ailələr (ata və ananın yaşı nə qədər artıq olarsa, xromosom və genetik pozğunluqlarla doğulan uşaqların doğulma riski daha artıq olur);

- anada bir neçə özbaşına uşaqsalmanın olması və ya uşağın bətin daxilində olarkən məhv olması və ya “donub qalmış” hamiləliyin olması. Bu halların əksəriyyətinin səbəbi məhz genetik mutasiyalar olur.

Əgər hamiləliyin gedişi normal olmazsa (özbaşına uşaqsalma təhlükəsi, tez-tez baş verən səbəbsiz qanaxmalar), bu halda da həkim genetikin müayinəsi tələb olunur. Bir çox hallarda tibbi-genetik müayinənin aparılması ata və anaya sağlam uşaq doğulmayacağı şübhəsindən azad olmağa və doğulacaq körpəni qorxu və həyəcanla deyil, sevinc və sevgi ilə gözləməyə imkan verir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri