Icma.az
close
up
RU
Xəstəxanada qadını bıçaqlayan şəxs cəzadan azad edildi

Xəstəxanada qadını bıçaqlayan şəxs cəzadan azad edildi

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Natiq Qubadovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü onun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Natiq Qubadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

İttihama görə, hadisə 16 mart 2024-cü il tarixdə, saat 09:30 dəqiqədə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında qeydə alınıb. Bakı şəhərində yaşayan Natiq Qubadov əvvəllər tanıdığı qadın – N.M.-in (ad, soyadı şərtidir) kart hesabına yüklədiyi pul vəsaitlərinin geri qaytarılması ilə bağlı paytaxtdan Daşkəsən rayonuna gəlib. O, xəstəxanada həmin xanımı axtarmağa başlayıb. N.M-in anası, zərərçəkmiş M.M. (ad, soyadı şərtidir) də həmin xəstəxananın poliklinika şöbəsində təsərrüfat bacısı işləyir. Bu zaman onlar qarşılaşıb və M.M. ona ora gəlməsini irad bildirib. Hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Natiq Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında üzərində gəzdirdiyi mətbəx bıçağı ilə M.M-ə qəsdən 3 dəfə zərbə vuraraq, ona ağır bədən xəsarətləri yetirib. Hadisədən sonra Natiq Qubadov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmədə təqsirləndirilən şəxsin valideyni ifadəsində bildirib ki, oğlu Bakı şəhərində yerləşən “Meyvəli” bazarında günəmuzd fəhləlik edərək özünü dolandırıb. Natiq psixi xəstəliyi ilə əlaqədar Salyan rayonu, Şorsulu kəndində yerləşən ruhi əsəb dispanserində və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxanada xəstəliyi ilə bağlı stasionar müalicə alıb və 3-cü qrup əlildir.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see131

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri