Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

