Xətai DYP ekoloji reyd keçirdi Bəzi sürücülərə cərimə yazıldı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xətai rayonunda sürücülər arasında “Təmiz hava” aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Xətai rayon Polis İdarəsinin DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.
Nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərə qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması olduqca vacibdir.
Tədbir zamanı nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.
Saxlanılan sürücülərin əksəriyyətinin avtomobilindən ixrac olunan zərərli qazların miqdarı normalar çərçivəsində olub. Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















