Icma.az
close
up
RU
Abşeron DYP reyd keçirdi; 20 sürücüdən 6 sı cərimələndi VİDEO

Abşeron DYP reyd keçirdi; 20 sürücüdən 6 sı cərimələndi VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə sürücülərə atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınması ilə əlaqədar ölkə üzrə yoxlamaların keçirilməsi barədə məlumat verilib.

“VAZ” dairəsi yaxınlığında tədbir zamanı saxlanılan sürücülərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək tövsiyə olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, aparılan yoxlamalara oktyabrın 20-si başlanılıb və noyabrın 20-nə qədər davam edəcək:

“Tədbirin keçirilməsindəki əsas məqsəd, avtomobillərdən atılan zərərli maddələrin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanın qarşısının alınmasıdır. Nəqliyyat avsitələrindən havaya buraxılan bu qazlar ekologiyaya və ətraf mühitə, eləcə də insan sağlamlığına ciddi ziyan vurur. Qeyd edim ki, atmosferə atılan zəhərli qazların 88%-ə qədəri nəqliyyat vasitələrinin payına düşür. Hər bir avtomobil sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığına diqqət etməlidir. Mühərrik və yanacaq sistemi tam işlək vəziyyətdə olmalıdır. Eləcə də sərnişin və yükdaşıma xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslər də idarə etdikləri avtomobilin mühərrik və yanacaq sisteminin saz vəziyyətdə saxlamalıdır”.

Tədbirdə Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının yoxlama məqsədilə saxladıqları nəqliyyat vasitələrinin bəzilərindən atmosferə atılan qazların miqdarı yüksək olduğu üçün sürücülər cərimə edilib.

Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Pərviz Allahverdiyev müsahibəsində deyib ki, tədbir zamanı 20-yə ayxın avtomobil saxlanılıb, onlardan 6-na inzibati protokol tərtib olunub:

“Aparılan yoxlamalar nəticəsində atmosferə atılan qazların miqdarı az artıq olan nəqliyyat vasitələrinin idarəçilərinə xəbərdarlıq edildi. Bir neçə avtomobildə isə tam sazlıq müşahidə edildiyi üçün təşəkkür etdik. Sürücülərdən xahişimiz odur ki, vaxtında nəqliyyat vasitələrini müayinədən keçirsinlər”.

Qeyd edək ki, nasaz şəkildə nəqliyyat vasitəsini idarə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, 50 manat məbləğində cərimə edilir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri