Icma.az
close
up
RU
Xətai rayonunda özbaşınalıq: Yararsız təkərlərlə yolu bağlayan sahibkara ciddi xəbərdarlıq edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

Xətai rayonunda özbaşınalıq: Yararsız təkərlərlə yolu bağlayan sahibkara ciddi xəbərdarlıq edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xətai rayonunda yerləşən mərasim evlərindən birinin sahibi tərəfindən yolun bir hissəsinin qanunsuz zəbt edilməsi ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, oxu.az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, sahibkarın bu əməli nəticəsində avtomobillərini park etmək üçün ciddi çətinliklərlə üzləşirlər.

"Kamran Əsgərli və Sədi Musayev küçələrinin kəsişməsindəki mərasim evinin sahibi yolun kənarına yararsız təkərlər düzərək ərazini zəbt edib və heç kimə avtomobilini saxlamağa icazə vermir. Dəfələrlə aidiyyəti qurumlara şikayət edilsə də, uzun müddətdir ki, heç bir nəticə yoxdur", - şikayətdə qeyd olunub.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində sözügedən ərazidə maneələr aradan qaldırılıb.

"Əməkdaşlarımız tərəfindən lazımi tədbirlər görülüb və sürücülərin nəqliyyat vasitələrini rahat park edə bilmələri üçün şərait yaradılıb", - deyə T.Nəsirli qeyd edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ərazinin maneələrdən təmizləndiyi diqqətə çatdırılıb.

"Xətai rayonunda Kamran Əsgərli və Sədi Musayev küçəsinin kəsişməsindəki əraziyə AYNA əməkdaşları tərəfindən baxış keçirilib. Yolun bir hissəsini kustar üsullarla zəbt edən sahibkara ciddi xəbərdarlıq edilib. Ərazinin maneələrdən təmizlənməsi təmin edilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri