Xətai sakinlərindən etiraz: Səkidə obyekt tikilir?
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Xətai rayonunun sakinləri piyada səkisinin zəbt olunmasından şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, rayonun Sadıqcan küçəsində piyada səkisinin bir hissəsi qırmızı lentlə hasarlanıb.
Onlar burada köşk və ya digər obyektin tikintisinin nəzərdə tutulduğunu iddia edirlər. Sakinlər bildirirlər ki, aparılan işlər piyadaların hərəkətinə mane olduğu üçün əraziyə çəkilən lenti sökərək yerə basdırılan konstruksiyaları çıxarıblar.
Onların sözlərinə görə, ərazidə hər hansı obyektin quraşdırılması insanların, xüsusilə əlil, uşaq arabası ilə hərəkət edənlərin rahat gediş-gəlişinə mane olacaq və piyadaları avtomobil yolundan istifadə etməyə məcbur edəcək. "Səkini zəbt edirlər, bura mərkəzi küçədir. Qırmızı lent çəkmişdilər, yerə də dəmir basdırmışdılar. İndi bilmirik nə qoyacaqdılar - köşk idi, dayanacaq idi, ya başqa bir şey. Sakinlərlə birlikdə gəlib bunları çıxartdıq ki, camaat rahat hərəkət edə bilsin", - şikayətçilərdən biri bildirib.
Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Onların sözlərinə görə, qurumdan ərazidə aparılan işlərdən xəbərsiz olduqları, nümayəndə göndəriləcəyi və məsələnin araşdırılacağı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 03 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















