Icma.az
close
up
RU
Xətai və Biləcəri ərazilərində yol hərəkəti yenidən təşkil edildi, alternativ marşrutlar yaradıldı

Xətai və Biləcəri ərazilərində yol hərəkəti yenidən təşkil edildi, alternativ marşrutlar yaradıldı

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsində hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, küçə boyu yol nişanları və nişanlanma xətləri normativ tələblərə və standartlara əsasən yenidən təşkil olunub.

Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi saatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyən edilib.

Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə kəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, Süleyman Vəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətində düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isə sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda test rejimində fəaliyyət göstərir.

Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat alternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarının paylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektində yaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şərait yaradılıb.

Digər layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilib. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib.

Qeyd edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, "Ekologiya postu"nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see344

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see237

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see168

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see136

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri