Xətaidə ağacəkmə aksiyası davam edir FOTOLAR
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi ağacəkmə aksiyaları təşkil edilib və bu zaman yüz minlərlə yeni ağac və kollar əkilib.
"Unikal" xəbər verir ki, rayonun simasının daha da gözəlləşməsinə, ekoloji mühitin yaxşılaşmasına səbəb olan bu aksiyalar çərçivəsində Xətai rayonunun müxtəlif yerlərində-park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib və bu işlər davam etdirilir. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
İqlim şəraitinə uyğun olaraq seçilmiş yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















