Xəyal Bəşirov: Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma hazırdır
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Siyasi şərhçi Xəyal Bəşirov AZTV-də yayımlanan "Hədəf” verilişində qonaq olarkən, Əbu Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüşü şərh edib.
AZXEBER.COM xəbər verir ki, Bəşirov bildirib ki, Azərbaycan dəfələrlə Ermənistana nümayiş etdirib ki, sərhəddə – xüsusən Qazaxda keçirilən birbaşa görüşlər Brüssel, Vaşinqton, Moskva və ya digər beynəlxalq platformalardakı görüşlərdən qat-qat səmərəli və məhsuldar olub.
"Ermənistan tarixən prosesi beynəlmiləlləşdirməyə çalışıb. 90-cı illərdə, Heydər Əliyev dövründə belə, Fransanın ATƏT-in Minsk Qrupuna həmsədr seçilməsi üçün səy göstərilib. Bu, həm Ermənistanın yürüdüyü siyasət, həm də onun havadarlarının verdiyi dəstəyin nəticəsi idi,” – deyə Bəşirov qeyd edib.
O vurğulayıb ki, artıq regional və beynəlxalq reallıqlar dəyişib, Azərbaycan Ermənistanı konkret faktlar qarşısında qoyur:
"Vaşinqtondan, Avropadan, Rusiyadan müxtəlif bəyanatlar eşidəcəyik. Amma bu bəyanatlar verilənə qədər Azərbaycan öz mövqeyini gücləndirən ciddi addımlar atıb. Ermənistan bu faktlar qarşısında çıxılmaz vəziyyətdədir.”
Xəyal Bəşirov, həmçinin Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə toxunaraq bildirib ki, Nikol Paşinyan ölkə daxilində xaotik proseslərlə üzləşib və hazırda əsas məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdır.
Oksana Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 11 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















