Icma.az
close
up
RU
Xəyallara yolçuluq İŞIĞIMIZ QARABAĞDA YANDI! VİDEO

Xəyallara yolçuluq İŞIĞIMIZ QARABAĞDA YANDI! VİDEO

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir.

Azərbaycanın işğaldan azad olunmuş torpaqları, Qarabağ və Şərqi Zəngəzurda həyatın təməlini bərpa edənlər yalnız qurucular deyil, həm də işığın, ümidin və gələcəyin daşıyıcılarıdır. Bu torpaqların azad edilməsi ilə başlayan yenidənqurma prosesi, sadəcə infrastrukturun bərpası ilə məhdudlaşmır. Həmin infrastrukturun qurulmasında ön planda olan “Azərişıq” ASC isə bu günlərdə öz mühüm rolunu daha da üzə çıxarıb.

Yenicag.az bildirir ki, bu gün azad olunmuş ərazilərimizin hər bir nöqtəsində Azərbaycan işığı yanır.

Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız 2020-ci ildə azad edildikdən sonra həmin ərazilərin enerji ilə təmin edilməsi pioritet məsələlərdən biri idi.

Azərbaycanın bu bölgələri 30 ilə yaxın bir müddətdə işğal altında qalarkən, düşmən tərəfindən oradakı elektrik enerjisi şəbəkələri, xətləri və stansiyaları məhv edilmiş və ya istifadəyə yararsız vəziyyətə salınmışdı.

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirməyə başladı.

Hazırda işğaldan azad edilən ərazilərində “Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur. Bunun 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir.

Kəlbəcər, Laçın kimi dağlıq və çətin şəraitə malik ərazilərdə elektrik enerjisinin bərpası, bəlkə də, ən çətin tapşırıqlardan biridir. Bu ərazilər, 30 il ərzində işğal altındaykən, qaralıq içində qaldı. İndi isə bu torpaqlar yavaş-yavaş işıqla bürünür. Bunun arxasında isə “Azərişıq” əməkdaşlarının əzmi və zəhməti dayanır. Qışın ən kəskin günlərində, qorxulu dağ yollarında, təhlükəli ərazilərdə elektrik şəbəkələrinin qurulması onların peşəkarlığının və qətiyyətinin bariz nümunəsidir.

İşıq sadəcə bir enerji mənbəyi deyil, o həm də bir ümid, bir həyat deməkdir. İşğaldan sonra, bu torpaqlara elektrik enerjisi gətirənlər, sadəcə mühəndislər və texniklər deyil, həm də bir xalqın yenidən doğuşunun şahidləridir. Hər bir elektrik xətti, hər bir kabellə birlikdə bu torpaqlarda yeni bir həyat başlayır. “Azərişıq” əməkdaşlarının işi, sadəcə bərpa və yenidənqurma deyil, həm də bir simvolik anlam daşıyır. Onlar, bu torpaqlara işıq çəkərək, yalnız gecəni aydınlatmırlar, həm də hər bir sakin üçün ümid işığı olurlar.

Bütün bu çətinliklərə baxmayaraq, “Azərişıq” ASC-nin əməkdaşları öz işlərini böyük həvəs və məsuliyyətlə yerinə yetirirlər. Onların hər birinin yüzlərlə insanın həyatına təsir edəcək qərarlar alması, həm də böyük bir yükdür. Onlar sadəcə bir iş görmürlər, bir xalqın yenidən dirçəlməsi üçün mübarizə aparırlar. Vətən müharibəsində apardıqları mübarizə kimi. Təsadüfi deyil ki, Vətən Müharibəsində ən çox əməkdaşı iştirak edən qurum olan “Azərişıq”ın 293 əməkdaşı iştirak etmiş, onlardan 5-i qəhrəmancasına döyüşərək şəhid olmuş, 23-ü yaralanmışdır. İndi isə “Azərişıq”ın müharibədə şəhid olan əməkdaşlarının yarımçıq qoyduğu işi var gücü ilə davam etdirərək vətəndaşlarımızın güvənli işıq təminatı olmağa davam edir.

Azərbaycanın azad torpaqlarında həyata keçirilən bu infrastruktur layihələri, yalnız elektrik enerjisinin bərpası ilə bağlı deyil, həm də bir xalqın azadlıq, birlik və inkişaf yolundakı irəliləyişi ilə əlaqədardır. “Azərişıq” əməkdaşları, bu yolda özlərinin işıq gətirən qəhrəmanlarıdır. Onlar, işıq çəkərək, eyni zamanda Azərbaycanın gələcəyinə işıq salırlar.

İŞIĞIMIZ DAİM YANSIN!

Bu yazı “Azərişıq” ASC-nin 10 illik yubileyinə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media subyektlərinin təmsilçiləri arasında elan edilən müsabiqəyə təqdim edilir.

Məsimə Məmmədova

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri