Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Xəyanət, abort və qadın deyingənliyi O necə narkoman oldu?

Xəyanət, abort və qadın deyingənliyi O necə narkoman oldu?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün böyük rus yazıçısı Mixail Bulqakovun doğum günündür.
Kulis.az Mixail Bulqakovun həyatında önəmli rol oynamış qadınları xatırlayır.
O, qadınlara, gözəlliyə aşiq idi. Baxımlı əllər, fransız ətrinin məstedici qoxusu, zəriflik – bunlara biganə qala bilmirdi. Bəs kimlər mistik yazıçının qəlbini ovlaya bilmişdi?

Necə deyərlər, xeyir-duasız nikah

Mixail Bulqakovun birinci həyat yoldaşı Tatyana Lappanın payına böyük sınaqlar düşmüşdü. Qadın taleyin zərbələrinə ləyaqətlə cavab versə də, ən böyük zərbəni ona elə əri vurmuşdu.
Sevgililərin münasibətini valideynləri əvvəlcədən qəbul etməmişdi. Halbuki kənardan ideal cütlüyə bənzəyirdilər. İkisi də yaxşı, təhsilli ailədən çıxmışdı. Ancaq Tatyananın anası belə yeznə istəmirdi. Bulqakovlar ailəsi də övladlarının bu həvəsinə görə təhsilə laqeyd yanaşmasını qəbul etmirdi. Böyüklərin etirazına baxmayaraq, gənclər 26 aprel 1913-cü ildə evlənir. Lakin bu gözəl hadisəni gələcək ər-arvadın ilk faciəsi qabaqladı – abort. Yazıçı hələ ata olmağa hazır deyildi, Lappa da bu səbəbdən abort elətdirdi.

Maddi sıxıntılar da bir yandan... Tatyananın atası onlara kömək edir, hər ay 50 rubl yollayırdı, ancaq bu bəs etmirdi. Mixail qənaət nədi bilmirdi, lap görsə ki, sabah çörək almağa pulu olmayacaq, yenə də cibindəkiləri qəpiyinə kimi xərcləyərdi.

Hərbi həkim kimi yoldaşının təyinatı cəbhə bölgəsinə çıxanda Tatyana da onun dalınca yollanır.

O, tibb bacısı işləyirdi. Onu nə qan qorxudurdu, nə xəstəlik, nə də ölüm. Hər kişi ürək edib xəstənin əl və ya ayağının amputasiya edilməsini müşahidə etməzdi, amma o qadın əməliyyatlarda iştirak edirdi, özü də hər dəfə!
Bir neçə ay bu cür dözülməz həyat yaşadıqdan sonra cütlük Smolensk quberniyasının Nikolskoe kəndinə köçür. Bu dəfə onları başqa bir bədbəxtlik yaxalayır. Xəstə uşağı difteriyadan xilas etmək istəyən Bulqakov onun boğazından xüsusi boru ilə nazik difteriya pərdəsini sovurmağa çalışır. Ehtiyatsızlıqdan özü yoluxur. Dərhal peyvənd olunsa da, bədəni götürmür, allergiya verir: qaşınma, şiş, qızdırma. Bu zaman o ilk dəfə özünə morfin vurur, bundan sonra da onun narkotik asılılığı başlayır.

Tatyana bu əzaba da səssizcə dözürdü. Elə bil vulkan üstündə yaşayırdı, narkotikin təsiri gedəndən sonra yoldaşının vəziyyəti necə olacaq bilmirdi: ya göz yaşları və “məni bağışla” yalvarışları ilə, ya da ramedilməz aqressiya ilə qaşılaşırdı. Bir dəfə əsəbi vəziyyətdə olan yazıçı yanar primusu arvadının üstünə tullayır. Əlbəttə, belə şəraitdə növbəti hamiləlik ağılsızlıq idi... Uşağın xəstə doğulacağından qorxan Lappa ikinci dəfə abort elətdirir...

Mixailin asılılığı bitsə də, həyat onlara yeni-yeni sürprizlər hazırlayırdı. 1920-ci ildə Bulqakov tifə yoluxur, az qalır, ölsün və azardan qurtulmaq üçün ailə Qafqaza yollanır.
1921-ci ilin payızında Moskvaya qayıdırlar. Moskvada isə insanlar nəinki yaşamaq, ölməmək üçün mübarizə aparırdılar, aclıq baş alıb gedirdi. Ancaq bu, Bulqakovun yaradıcılığına mane olmurdu. O, gecələr yatmır, “Ağ qvardiya”nı yazırdı. Yoldaşı burda da onu tək qoymurdu, tez-tez ləyəndə isti su hazırlayırdı ki, o, soyuqdan donmuş barmaqlarını isitsin. Buna baxmayaraq, Tatyananın fədakarlığı ayrılığın qarşısını ala bilmir. Yazıçı başqa bir qadına aşiq olduğu üçün Lappa və Bulqakov 1924-cü ildə boşanırlar.
Bulqakov ölümqabağı birinci həyat yoldaşını görmək istəyirmiş, çünki ömrü boyu onun qarşısında özünü günahkar hiss edirmiş...

Sən Dostoyevski deyilsən!

Yoldaşı ilə ayrılmaq qərarını yazıçı Lyubov Belozerskaya ilə rastlaşandan sonra verir. Onların görüşü “Nakanune” qəzetinin redaksiyasında, Lev Nikolayeviç Tolstoya həsr olunmuş gecədə baş tutmuşdu. O, Tatyananın tayı deyildi - dəblə geyinən, zərif, o dövrün bir çox tərəqqipərvər adamları ilə tanışlığı olan qadın idi. Həyat yoldaşı İlya Vasilyevsk ilə bir müddət xaricdə də yaşamışdı. Ancaq Rusiyaya qayıdanda artıq boşanmışdı.
Yeri gəlmişkən, əvvəlcə Bulqakov arvadına üçlükdə yaşamağı təklif edir. Əlbəttə, bu cür təklif Tatyananı qəzəbləndirir, belə olduqda o, əşyalarını toplayıb sevgilisinin yanına yollanır.

Bulqakov Belozerskaya ilə münasibətini 1925-ci ildə rəsmiləşdirir. Cütlük aktiv kübar həyat yaşayırdı; xüsusən, ona görə ki, Bulqakov get-gedə məşhurlaşırdı. Lyubov arabir ona katibəlik edirdi. Bulqakov öz əsərlərini ucadan oxuyur, o da yazırdı. Hətta birlikdə “Ağ gil” adlı komediya yazmağa başlayırlar, amma sonra əsəri məhv edirlər. Bulqakov ikinci həyat yoldaşına “İt ürəyi”ni və Molyerdən yazdığı pyesi həsr edir. Bir çox araşdırmaçıların fikrincə məhz Belozerskaya yazıçıya təklif edib ki, “Master və Marqarita”ya qadın baş qəhrəman salmağı təklif edib.

Lyubov ev işlərindən başqa hər şeylə məşğul olurdu. At sürməklə yanaşı, avtomobillərə də maraq gösstərir, rəfiqələri ilə telefonda söhbət etməkdən doymurdu. Telefon isə Bulqakovun yazı masasının üstündə yerləşdiyindən bitməz-tükənməz mənasız telefon söhbətləri kiçik mübahisələrə səbəb olurdu. Belə mübahisələrin biri isə yazıçının ürəyini yaralamışdı. Bir dəfə arvadının telefon çərənləmələrindən bezən yazıçı onu danlayır:

- Lyuba, belə olmaz, axı mən işləyirəm!

Arvadının cavabı:

- Eybi yoxdu, sən ki, Dostoyevski deyilsən!

Onların münasibəti birinci nikahın xarabalıqları üzərində qurulmuşdu. Lyubov Belozerskaya Tatyana Lappanın əlindən yazıçını almışdı, yeddi il sonra isə Lyubov özü onun gününə düşdü.
Bulqakov 1929-cu ildə Yelena Şilovskaya ilə tanış olur. Yelena ərdə ola-ola yazıçı ilə roman yaşayırdı. Belə məsələlər, adətən, dava-dalaşla yekunlaşır. Ancaq Mixail nəinki keçmiş həyat yoldaşı ilə dost münasibətlərini qoruyub saxlayır, hətta arapozan Şilovskaya da Belozerskaya ilə dostlaşır.

Atalar üçdən deyib

Yelena Şilovskaya yazıçının üçüncü arvadı, yazıçı isə onun üçüncü əri idi. Qadının ilk əri Yuri Neyelov ilə evliyi qısamüddətli olmuşdu. Yevgeni Şilovskiy ilə olan ikinci evliliyi uğurlu alınmışdı, iki oğulları vardı. Ailənin dolanışığı da yaxşı idi, onlara qibtə etmək olardı. Ancaq Şilovskaya Bulqakovun Marqaritası kimi bəxtəvərlikdən bezmişdi.

Onların 1929-cu ilin fevralında ortaq dostlarının evində tanış olur. Yelena o dəqiqə Bulqakovun diqqətini çəkir: Baxımlı, incə geyimli, cəlbedici maneraları olan xanım idi. Yazıçı da, məlum, bu cür qadınlara məftun idi.

Əvvəlcə onlar ailəvi dost olmağa çalışır. Bulqakovlar Şilovskiylərə qonaq gedir, Şilovskilər isə Bulqakovlara qonaq gəlirdi. Yelena ilə Lyubov dostlaşır. Ancaq sevgililər tezliklə anlayır ki, aralarındakı münasibətin adı dostluq deyil. Mixail yenidən qəti qərar verməyə – ailəsindən ayrılmağa hazır idi. Ancaq Şilovskaya üçün belə radikal addım atmaq çətin idi. Yelena bilirdi ki, əri üçün çox dəyərlidir. Ailəsini atıb getmək onu məhv etmək olardı.

Ancaq münasibətləri gizlətmək də gün-gündən çətinləşirdi. Yevgeni arvadının yazıçı ilə əlaqədə olduğunu öyrənəndə Mixaillə arasında qarşıdurma yaşanır. Bulqakov söz verir ki, bir daha Yelena ilə görüşməyəcək. Onların ayrılığı, təxminən, il yarım çəkir.
“Metropol” restoranında qarşılaşanda başa düşürlər ki, hələ də bir-birilərini sevirlər. Yelena ərinə məktub yazıb onu buraxmasını xahiş edir. Yevgeni razılaşır. Boşanma asan baş tutmur, uşaqların kimin yanında qalacağını müəyyənləşdirmək lazım idi. Nəticədə böyük oğlan atası ilə, kiçik anası ilə qalası olur. 4 oktyabr 1932-ci ildə Yelena Şilovskaya və Bulqakov ailə qurur.

Bu qadın Mixail Bulqakovun həm həyat yoldaşı, həm ilham pərisi, həm ədəbi katibi, həm bioqrafı, həm dostu, həm də məsləhətçisi oldu. Yelena yazıçının arxivini qorumaq üçün hər şey elədi. Onun sayəsində ölümündən sonra yazıçının çap olunmamış əsərləri, o cümlədən “Master və Marqarita” işıq üzü gördü.
Yelena həyat yoldaşından sonra otuz il yaşadı, amma ərə getmədi.
O, 1970-ci ilin iyulunda vəfat etdi və Novodeviçyeva qəbiristanlığında - ərinin yanında dəfn olundu.

Bu filmlərin sonunu təxmin edə bilməyəcəksiniz! "Kapitan və Xəzər dənizi" filminin istehsalı yekunlaşıb Aktrisa Leyla Okay vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 May 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri