Icma.az
close
up
RU
Xəyanətin qurbanı olan Kəlbəcər...

Xəyanətin qurbanı olan Kəlbəcər...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalqımız, məmləkətimiz zaman-zaman ağır itkilərə məruz qalıb, acılar yaşayıb. Tarixin bu günündə - 2 aprel 1993-cü ildə daha bir torpaq itkisinə məruz qaldıq. Söhbət qeyd olunan tarixdə Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən gedir.  Bu işğala 27 ildən sonra - 2020-ci il noyabrın 25-də son qoyuldu. Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də Azərbaycan bayrağı əzəmətlə dalğalanır...

60 min kəlbəcərli doğma ev-eşiyindən qovuldu

Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

Mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş ermənilərə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin işğalından əvvəl isə  Ağdaban faciəsi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldı.

AXC liderinin gecikmiş etirafları

44 günlük müharibədə qazanılan şanlı Qələbəmiz sayəsində azadlığına qovuşmuş Kəlbəcər 1993-cü il aprelin 2-də məhz xəyanət nəticəsində düşmənə təslim edilmişdi. Bunu AXC-nin lideri Əbülfəz Elçibəyin gecikmiş etiraflarından da görmək mümkündür. Kəlbəcər işğal edilən zaman ölkə prezidenti olmuş Əbülfəz Elçibəyin bu hadisə ilə bağlı Türkiyənin TRT kanalına verdiyi müsahibədə dediyi sözlər tarixin yaddaşından silinməyib. O, Kəlbəcər hadisələrində çox çətin bir vəziyyət yarandığını qeyd edərək Türkiyəyə, İrana, Rusiyaya Kəlbəcərdə yaşayan insanları çıxarmaq, Kəlbəcəri boşaltmaq məqsədilə hərəsinin 4 helikopter verməsi üçün müraciət etdiyini vurğulamışdı. O, daha sonra müxbirin sualına cavabında bildirmişdi: “Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: “Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı... Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər.  Vermədilər... Daha nə istəmək olar ki?  Məndən soruşur “nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə, bundan sonra nə istəyəcəyəm? İstəməyə bir lüzum qalırmı?”

Maraqlıdır, görəsən o dövrün hakimiyyəti Türkiyənin “nə istəyirsən?” sualına niyə “hərbi dəstək” və ya “hərbi texnika” şəklində cavab verməmişdi? Sadəcə, əhalini çıxarmaq üçün helikopter istəmək nə dərəcədə doğru idi? Bu, bir daha əvvəlcədən rayonun müqavimətsiz-filansız təslim edilməsi planı hazırlandığını təsdiqləmirmi? Bu, bir daha Kəlbəcərin məhz siyasi səriştəsizliyin qurbanına çevrildiyini deməyə əsas vermirmi?

Kəlbəcərin bir güllə atılmadan azad edilməsi

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxardılması tələb olunurdu. Ancaq BMT TŞ-nin bu və digər üç qətnaməsi təxminən üç onillik ərzində yerinə yetirilmədi. Azərbaycan ərazi bütövlüyünə özünün Müzəffər Ordusunun şanlı Qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni acınacaqlı məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Acınacaqlı məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri