Icma.az
close
up
RU
Xəyanətlərini qavramaq üçün vaxtları çox olacaq Açıqlama

Xəyanətlərini qavramaq üçün vaxtları çox olacaq Açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

 “Ötən əsrin 80-90-cı illərində  Azərbaycanın müstəqilliyi uğrunda mübarizə şüarı altında yaranan Azərbaycan Xalq Cəbhəsinin adını daşıyan  AXCP-nin bu gün ortaya qoyduğu dəst-xətt vaxtilə imperiya zülmündən qurtulmaq üçün aparılan milli mücadiləyə ən böyük xəyanətdir. Bütün bunlar partiyaya uzun illərdən bəri başçılıq edən Əli Kərimlinin yarıtmaz, məkrli fəaliyyəti ilə birbaşa bağlıdır. AXC-də toplaşan siyasətçilərin bir-bir partiyanı tərk etməsi, qaragüruhçu və xəyanətkar düşüncəli şəxslərin isə quruma cəlb edilməsi Əli Kərimlinin dırnaqarası “siyasi uzaqgörənliyi”nin nəticəsidir. Lakin ən təhlükəli məsələ partiyanın millətə və dövlətə qarşı birləşən qüvvələrin ocağına çevrilməsidir”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat deyib ki, son zamanlar  dövlətə xəyanət yolunu seçən  Kərimlinin fəaliyyəti bütün əndazəsini aşaraq milli ləyaqətin tapdalanması, xalqın aşağılanması, xalqın onların populist tələblərinə gözlədikləri reaksiyanı verməməsinin yaratdığı isterika üzərindən qurulur: “AXC təmsilçilərinin terrorçu şəbəkənin üzvləri kimi davranması, ölkə hüdudlarından kənarda dövlət əleyhinə təbliğat aparan trol dəstəsinin verdiyi təhlükəli mesajlar Kərimli dəstəsinin artıq nəinki siyasi resurslarını tükətdiyi, o cümlədən mənəvi deqradasiyaya uğradığı anlamına gəlir. “Milyarderlər İttifaqı”nın ideoloji ruporu rolunda çıxış edən Milli Şura adlı qurumda milli maraqlara deyil, xarici agenturanın tələblərinə xidmət edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri haqqında ortaya çıxan faktlar, onların uzun müddət hakimiyyət strukturlarında kök salmış bəzi şəxslərlə gizli əlaqələri barədə məlumatlar AXC-nin gizli düşmən şəbəkəsi qurduğuna şübhə yeri qoymur. Təbii müşahidələr də göstərir ki, cəbhəçi tör-töküntülər artıq siyasi hakimiyyət uğrunda mübarizənin sivil yollarından uzaqlaşaraq hədəf olaraq iqtidarı deyil, dövləti və xalqı seçiblər. Öz resursları ilə hansısa dəyişikliyə və xalq dəstəyinə ümid bəsləməyən Kərimli və onun kimi Milli Şurada təmsil olunanların xaricdəki anti-Azərbaycan qüvvələrinə “yaşıl işıq” yandırmaları millətə və dövlətə ən böyük xəyanətdir.  Ona görə də öz dövlətinə və xalqına qarşı düşmən mövqeyə keçənlərin yığnağına çevrilən bir quruma rəhbərlik edənlər öz cəzalarını almalıdır. Belə bir  fəaliyyət forması bağışlanmazdır və kimsə hansısa imtiyaza ümid edə bilməz”. 
O əlavə edib ki, Azərbaycanı başqa ölkələr qarşısında təslimçi duruma salmağa çalışanlar, ordumuza, əsgərimizə, zabitimizə, qazimizə nifrət püskürən Kərimli kimilər tarix qarşısında cavab verməlidir:

“İndi nə Kərimli, nə Həsənli, nə Hacıbəyli, nə də digər “bəylər” və “xanımlar” düşdükləri duruma görə kimisə günahlandırmamalı, dövlət və xalqa qarşı düşmənçiliyin bədəlinin ağır olduğu həqiqətini qavramalıdırlar. Qavramaq üçün isə onların kifayət qədər vaxtı olacaq. Çünki, cinayət cəzasız qalmır. Nə vaxtsa edilən xəyanət bir gün üzə çıxacaq və dövlət öz sərt üzünü həmin xəyanətkarlara göstərəcək!”
 

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri