İran: Tehran ABŞ ın diplomatiya xəyanətlərini unutmayacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi danışıqlar davam etdiyi bir vaxtda ABŞ-ın İranın tanınmış şəxslərinə qarşı hücumlar həyata keçirdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, o, bildirib ki, “Tehran administrasiyası Vaşinqtonun diplomatiyaya etdiyi təkrar xəyanətləri unutmayacaq”.
Bekayi paytaxt Tehranda Xarici İşlər Nazirliyinin binasında keçirilən mətbuat konfransında çıxış edib.
O, ABŞ-ın ritorikası ilə real addımları arasında açıq ziddiyyətlər olduğunu vurğulayaraq deyib: “Bu vəziyyət İran xalqının ABŞ-ın niyyətləri ilə bağlı şübhələrini artırır. İran öz milli maraqlarını prioritet hesab edir və danışıqlar prosesinin davamı ilə bağlı müvafiq qərar qəbul edəcək”.
Bekayi əlavə edib ki, ABŞ danışıqların getdiyi bir dövrdə İranın tanınmış və mülki şəxslərinə qarşı hücumlar təşkil etməklə qısa müddət ərzində iki dəfə beynəlxalq hüququ pozub. Onun sözlərinə görə, Tehran bu addımları “diplomatiyaya xəyanət” kimi qiymətləndirir və bunu unutmayacaq.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 20 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















