“Kişi üçün çox pul xərclədiyi qadın qiymətlidir” Qalmaqallı açıqlama
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməkdar artist Nigar Şabanovanın “Kişi qadına gül yox, daha bahalı hədiyyə almalıdır” sözləri birmənalı qarşılanmayıb və sosial media istifadəçiləri tərəfindən sənətçi tənqid olunub.
Moderator.az xəbər verir ki, aktrisa Cəmilə Tağızadə Nigar Şabanovaya dəstək olub.
O, Musavat.com-a açıqlamasında bildirib ki, kişi qadına çox pul xərcləyərsə, o qadın onun üçün qiymətli olar:
“Əvvəllər düşünürdüm ki, pul, var-dövlət, qır-qızıl önəmli deyil, əsas sevgidir. Amma ailə qurandan sonra fikrim dəyişdi. Kişi qadına çox pul, zaman xərcləyərsə, o qadın onun üçün qiymətli olar. Bu, həqiqətən belədir. Ailə həyatımda gördüm ki, nə qədər heç nə tələb etmirsən, az ilə kifayətlənirsən, qiymətin, dəyərin, hörmətin olmur. Özümə söz verdim ki, artıq diqqət, dəyər tələb edəcəyəm. Bir kişi qadının hörmətini, sevgisini qazanmaq istəyirsə, o qadına maddi və mənəvi dəstək olmalı, fiziki olaraq da yanında olmalıdır.
Əziz qadınlar, özünüzə dəyər verin. Diqqət göstərməyən kişi ilə münasibət qurmayın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















