Icma.az
close
up
RU
Xeyir şər məclisi İmir Məmmədli yazır

Xeyir şər məclisi İmir Məmmədli yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmir MƏMMƏDLİ

"Sabah mənim ad günümdür, sən də dəvətlisən..."

İzdihamlı yığıncaq açıq səma altında keçirilirdi. Rəyasət heyəti  üçün yeri də açılışına toplaşdıqları rayon xəstəxanasının üç pilləli eyvanında əlüstü quraşdırmışdılar. Elə buna görə də köhnə xəstəxananın keçmiş baş həkimi  rəhbərlik üçün nəzərdə tutulan yerə qalxa bilmişdi. Boyunun xırdalığından məharətlə istifadə edib tünlükdə irəliləyərək gözünə sataşan, qənşərinə çıxan köhnə tanışlara yuxarıdakı kəlməni gah olduğu kimi, gah da kiçik əlavələrlə təkrarlayırdı:

- Sabah mənim ad günümdür, doxsan illiyimdir, səni də dəvət edirəm.

Hava bürkülü idi. Qara pencəyin altındakı ağ köynəkləri tərli kürəklərinə və qalstuklu boyun-boğazlarına yapışan təntənəli mərasim iştirakçılarının keçmiş baş həkimi həmin an görəsi  gözləri yox idi. Elə bilirdilər, o da köynək kimi tərli bədənlərinə yapışır, qalstuklarından tutub onları qızmar günəşin nəfəs daraldan istisində istər-istəməz öz ad gününə dartır. Az qala boğulurdular. Amma nəzakət xətrinə həkimin üzünə can dərdi irişir - "Baş üstə!" - deyirdilər.

Sonra xəstəxananın ruh yüksəkliyi ilə baş tutan açılış mərasimi sona çatdı. Hələ xəstə olmayan, fəqət xəstələnməkləri hər an ehtimal olunan tədbir iştirakçıları xəstəxananın önündə oynadılar, oxudular, beləcə şad-xürrəm və (hələlik) sağ-salamat öz evlərinə dağılışdılar.

Onların böyük bir qismi keçmiş baş həkimin sabahkı yubileyinə dəvət almışdı. Tərləri soyuduqca həkimə olan acıqları da soyuyur və onun ad gününə gedəcəklərini qətiləşdirdilər.

Say-seçmə rayon rəhbər işçiləri açılışdan sonra sərin restoranda yeyib-içib, tərlərini qurudar-qurutmaz gözlərini açıb gördülər ki, keçmiş baş həkim aralarındadır. O heç nə yemir, içmir, lakin solğun çöhrəsinə batmış gözlərini ətrafdakıların sərxoş üzlərində gəzdirir və bayaqkı kimi gözü-gözünə sataşan adamdan zəif səslə soruşur:

- Sənə dedimmi? - Sonra hamının zəhləsini tökən kəlməsini təkrarlayır, - "Sabah mənim ad günüdür, yəni doxsan illiyimdir, buyur gəl..."

Onunla üz-üzə oturanlar gördülər, get-gedə həkimin sifətinin rəngi   ağ saçlarının rəngindən seçilməz oldu.

- Həkim, özünüzü necə hiss edirsiniz?

- Sabah mənim ad günümdür...

- Bir problem-zad yoxdur ki?

- Doxsanıncı il dönümüdür. - Həkimin sönük üzü qımışantəhər  oldu.

Təri və matı-qutu tamam qurumuş ziyafət əhli gözlərini həkimə zillədi. Hamı hiss etdi ki, daha ağ köynəkləri kürəklərinə yapışmayıb, qalstukları boşalıb və keçmiş baş həkimə qarşı zərrəcə kin-küdurət hissi keçirmir, bayaqkı yapışqan nifrətdən əsər-əlamət qalmayıb.

- Həkim, sizə nə oldu?

- Sabah mənim ad günümdür, - keçmiş baş həkimin göyərmiş dodaqları pıçıldadı.

- Həkim! Həkim! Həkim! - Bunu deyən adam elə çığırdı, bilmək olmadı, keçinən həkimi səsləyir, yoxsa köməyə həkim haraylayır.

- Sabah mənim ad günümdür. - Keçmiş baş həkim yığıncaqda refrenə çevrilən kəlməsini sonuncu dəfə pıçıldayıb keçindi.

Baş həkimin ad gününə və matəminə gələnlər bir-birinə qarışmışdı. Kim qatı açılmamış köynək, kim əklil, kim qalstuk, kim solğun qərənfillər, kim çilçıraq, kim saat, kim külqabı gətirmişdi. Bəziləri isə üstlərində əlavə pul da götürmüşdülər ki, lazım olsa, yubilyarın cibinə bassınlar.

Elə həkimin ad gününə, yoxsa yas mərasiminə gələnləri də üzlərinə tutub gətirdikləri hədiyyələrə görə seçmək, ayırd etmək olurdu. Amma xeyir işə gələnlər çox idi, yoxsa şərə gələnlər, bunu həmin gün heç kəs dəqiq deyə bilməzdi.                             

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri