Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Ayran İmir Məmmədli yazır

Ayran İmir Məmmədli yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vəli Ukraynada yaşayır. Həyat yoldaşı rusdu. Özü ona gah ömür-gün yoldaşı, gah da boyunduruq yoldaşı deyirdi. Boyunduruq yoldaşısa Vəlini Vanya deyə çağırırdı.

Vəli sevib evlənməmişdi. Sevməmişdisə, bəs bu üzüçilli, burnudik, sarışın rus qızını niyə almışdı?

Vəli Tanyanı illər ərzində tanısa da, evləndiyi günə qədər onunla nikaha girmək fikri ən ötəri xəyalından belə keçmirdi. Bəyənməyinə bəyənirdi. Üzünurlu rus qızlarını kim bəyənmir ki, Vəli də bəyənməsin!

Tanya televiziyada rusdilli xəbərlər üzrə diktor işləyirdi. Vəli həmin şöbədə səs rejissoru idi.

Dəfələrlə olub Vəli, idarənin çayxanasında tələm-tələsik çay içən Tanyanı tələsmədən gözaltı süzüb. Süzəndə nə olar? Hər süzən süzəni almır ki?

Amma sonradan, daha doğrusu, qəflətən Vəliylə Tanyanı əbədi birləşdirən böyük siyasi hadisə baş verdi.

Deyərsiz, siyasi hadisənin vətəndaş nikahına nə dəxli? Dəxli var, özü də necə!

Böyük siyasi hadisə dedim, siyasi fəlakət desəm, daha düz olar. Bəli, həmin möhtəşəm siyasi fəlakət Vəliylə Tanyanın səadət toyuna səbəb oldu, başqa sözlə, vaydan toy törədi.

Məsələ burasındadır ki, SSRİ  dağılandan sonra keçmiş müttəfiq respublikalarda, o cümlədən (adında "ucqar-kray" sözü olsa da) Ukraynada da rus dilli verilişləri bağlamaq, efir məkanından sezilmədən çıxarmaq dəbi düşdü.Vəliylə Tanya işlədiyi televiziyada da həmçinin. Gündə üç dəfə verilən rusca xəbərlər əvvəlcə ikiyə, sonra birə, daha sonrasa heçə endiriləndə, dünənə qədər bu kollektivdə hamıdan gərəkli olan Tanya qəflətən gərəksizləşdi. Müdriyyət çağırıb işdən könüllü çıxması barədə ərizəsini aldı. Belə çıxdı ki, gül kimi, daha dəqiq, sarı gül kimi qızı çölə atdılar.

Hər şey Vəlinin gözüqabağında baş verdiyindən, Vəli buna başqa ad verə bilmədi. Belə qızı atarlar!? - deyə ürəyində deyindi.

Həmin ərəfədə Vəli evlənmək fikrində olmasa da, əlində əmək kitabçası qapıdan çıxan Tanyaya heç tərəddüd etmədən yaxınlaşıb "Davay pojenumsya" (gəl evlənək) dedi.

Tanya əvvəlcə karıxdı. Özünü dünyanın ən bədbəxt adamı hesab etdiyi anda dünyanın ən xoşbəxt adamına çevrildiyini ürəyinin lap dərinliyində hiss etdi. Qənşərinə qəfil çıxan xoşbəxtliyini anlayar-anlamaz "Oy Vanya!" (oy Vəli!) dedi.

Vəli qızın azca pörtmüş üzünə, sevincdən alışıb yanan gözlərinə baxıb bir də dedi:

- Davay pojenimsya!

Qız:

- Tı seryozna,Vanya? (ciddi sözündü, Vəli?) - gülümsünərək soruşdu.

Vəli Tanyanın əlini sıxıb:

- Seryozna. Çto skajeş?" (ciddi sözümdü, nə deyirsən?) - deyə soruşdu.

- Çto skazat, yesli seryozno, to ya soqlasna..." (nə deyim, ciddi sözündürsə, mən razıyam).

Tanya bunu deyəndə, Vəli hiss etdi ki, qızın zərif əli onun ovucunda dinşidi. Elə o tutmaq tutdu, Vəli Tanyanın əlini (məcazi mənada) bir daha buraxmadı, dediyi kimi də elədi, onu doğrudan da, özünə arvad aldı.

Bu minvalla Vəli oldu Vanya, Tanya isə Vanyanın boyunduruq yoldaşına çevrildi, boyunduruğu o gündən bu günə çox sədaqətlə çəkdi. Vəliyə iki sarışın, bir qarayanızın göyçəyi qız doğdu.

...Vəli eşidib... daha doğrusu, srağagün azca çallaşmış saçını vurdurduğu məhlə dəlləkxanasında qulağı tutdu, deyəsən, işlər belə getsə, çox çəkməz, su axdığı yerdən bir də axar, yəni ruslar qoyub-getdikləri cənnət-məkana yenidən qayıda bilərlər.Vəlinin başını qırxan rus dəllək dedi, qayıda bilərlər yox, qayıdacaqlar.

- Vəli evə qayıdanda, qəflətən qucaqlayıb Tanyanı öpdü.

- Tı çto Vanya! Devçonki uvidyat, stıdno! (Sənə nə oldu, Vəli, qızcığazlar görərlər, ayıbdı), - deyə Tanya yalandan deyindi.

Vəli Tanyaya heç nə demədi, üzündə xoş təbəssüm mətbəx stolunun arxasına keçdi. Deməyinə demədi, amma ürəyində fikirləşdi: "İndi Tanyanın qızılı çıxacaq, bax! Televiziyalar ləlik düşəcəklər. İndi görərik, kim gərəkli, kim gərəksizdi! Yalvardacam! hamısına ilan dili çıxartdıracağam! Amma qoymayacam gedib onların yalan-gerçək xəbərlərini oxusun. Nə istəyirsiz, qardaş, gərəksiz idi, indi qəflətən dönüb gərəkli oldu?" - Vəli fikrinin bu yerində mətbəxdə qurdalanan Tanyanın arxasınca qürurla baxıb pürrəngi çay istədi. "Qayıtmasalar?" - Burasını çay stolun üstünə gələndə fikirləşdi, sonra isti çaydan bir qurtum alıb ürəyinə soyuqluq verdi: "Qayıtmazlar, arvadımdı, uşaqlarımın anasıdı, canı sağ olsun! Necə deyərlər, tutar - qatıq, tutmaz - ayran".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri