Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Çarə İmir Məmmədli yazır

Çarə İmir Məmmədli yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Yayın ilk günü olsa da, yağmurlu havaydı. Sabir pəncərənin qabağında durub küçənin ortasındakı gölməçəyə düşərək çiçək kimi pardaqlanan damlalara baxıb xoş müjdəli günləri xatırlayırdı.

Onda da yayın ilk günü idi. Amma onda yağış yağmırdı, Sabirin indiki kimi beş oğlu bir qızı yox, dörd oğlu, qızı var idi, başqa sözlə, sonbeşiyi hələ dünyaya gəlməmişdi, nəinki gəlməmişdi, heç uzaq gələcəkdə də nəzərdə tutulmurdu.

Ümumiyyətlə, Sabir evlənəndə belə düşünürdü ki, bir qız, bir oğlandan artıq lazım deyil, əlavə övlad, əlavə başağrısıdır. Düşünürdü, lakin hər şey düşündüyünün əksinə oldu. İlk gecədən etibarən həyat yoldaşı Səbinə ilə birləşib həmin yayın ilk gününə qədər dünyaya ard-arda beş, o gündən sonra isə yenə məcburiyyət qarşısında qalıb birini də əlavə edərək altı övlad gətirdilər.

İkinci uşaqdan sonra doğulan uşaqların doğulmasının çeşidli, ancaq qarşısıalınmaz səbəbləri var idi.

Bu səbəblərdən söz açana qədər, həmin gün baş verən hadisədən danışsaq, sözarası üçüncü, dördüncü və beşinci uşağın dünyaya gəlməsinə səbəb olan faktlar da açıqlanacaq.

O zaman sonbeşik bildikləri beşinci uşaq iki yaşına çatar-çatmaz qəflətən iməkləməkdən imtina edib, tarixə qədərki çağlarda olduğu kimi, iki ayağı üstə qalxaraq büdrəyə-büdrəyə yeriməyə başladı. Yeriməyə başladığı gün ayaqqabı ehtiyacı da yarandı.

Otaqda ayaqyalın, çarpayıdan, divandan tuta-tuta, qalxa-yıxıla xeyli gəzəndən sonra ana ürəyi dözmədi, düşündü, ələ fürsət düşən kimi gedib uşağa ayaqqabı alsın. Sən demə, həmin an atanın könlündən də həmin şey keçirmiş:

- Səbinə, bu uşağa ayaqqabı almaq lazımdır.

- Sabir, mən də o fikirdəyəm, yaxşı endirimlər var, maaş olan kimi gedib alacam.

Bir neçə gündən sonra maaş oldu. Sabir son qəpiyə qədər gətirib arvadına verdi.

O gün gec idi. Səbinə səhər kiçikləri böyük qıza tapşırıb sonbeşiyə ayaqqabı almağa getdi.

Yubamnadan alıb qayıtdı. Sonra bir də gedib bir də qayıtdı.

- Uşağa ayaqqabı aldın? - axşam Sabir işdən qayıdanda evə girən kimi birinci soruşduğu bu oldu.

- Aldım. - Səbinə bikefcəsinə cavab verdi.

Sabir, otağın ortasında büdrəyə-büdrəyə dolaşan uşağın ayaqlarına zilləndi:

- Bəs niyə geyindirməmisən, niyə yenə də yalınayaqdır.

- Ayağına olmadı. Bunu deyib Səbinə də uşağın toppuş ayaqlarına baxdı.

- Olmadı?

- Olmadı.

- Onda apar, bir az yekə "razmerə" dəyişdir.

- Aparmışdım, yoxdur.

- Yoxdur, geri qaytar.

- Endirimdir deyə, qaytarmırlar.

Araya sükut çökdü. Sükutu Sabir pozdu:

- Gətir görüm o ayaqqabıları.

Səbinə içində ayaqqabılar olan qutunu gətirib masanın üstünə qoydu. Sabir uşağı dizinin üstündə oturdub toppuş, yumşaq ayaqları xırda ayaqqabıların içinə pərçimləmək istədi, fəqət faydasız. Uşağın ağlamağından bəlli oldu ki, ata uğursuz cəhdlərində onun ayağını ağrıdıb.

Sabir uşağı yerə qoyub ayaqqabıları qutuya qaytardı:

- Olmur.

- Sənə dedim axı, olmur.

Ayağının ağrısı hələ də keçməyən uşağın iməkləyə-iməklənə mızıldanaraq ağlamsınmasını nəzərə almasaq, araya gərgin sükut çökdü.

- Bəs neynəyək? Sabir qutuya qanlı-qanlı baxaraq soruşdu.

- Nə bilim, - deyə Səbinə bu vəziyyətdən çıxış yolu görmədiyini bildirdi.

- Bəlkə qonşularda kiminsə körpəsi var, təklif elə, alan olsa, öz qiymətinə ver getsin.

- Günayın körpəsi var.

- Var? - Sabirin gözlərində ümid işığı yandı, - ona sat... Aldığın qiymətəcə ver, üstümüzdə qalmasın...

- Deyir təzə almışıq, əlavə ayaqqabıya ehtiyac yoxdur.

- Birini də alsınlar, sonra geyinər.

- Dedim, deyir, ona qədər uşağın ayağı yekələnir.

Araya, əvvəlki iki sükutdan daha gərgin sükut çökdü. Sükutu bu dəfə Səbinə pozdu:

- Gərək almayaydım.

- Ta almısan... Çəmini tapmalıyıq.

- Nə çəmi var, nə çarəsi.

- Var! - ani pauzadan sonra Sabir gözləri parlayaraq dedi, - gəl, dünyaya bir uşaq da gətirək, elə təməlini bu gecə qoyaq!

- Ciddi sözündür?

- Ciddi sözümdür! Bir az böyüyən kimi geyinər.

- Dəli olmusan, nədir?! Beş uşağa güc-bəla ilə baxırıq...

- Bəs neynəyək?! Deyirsən, bu ayaqqabılar üstümüzdə qalsın!? - inşallah, yaşyarımında olan kimi geyinər...

- Yenə bir uşaq?!.

- Sən üçüncü uşaqda da etiraz edirdin, - Səbinənin azca süyüldüyünü hiss edən Sabir dəlillər gətirməyə cəhd etdi, - üç təkərli velosiped qalmışdı ortalıqda, nə sata bilirdik, nə də atmağa qıyırdıq. Onda da çarəsini mən tapdım... Gördün, Əlidən sonra Vəli, Vəlidən sonra da Pirvəli sürdü. Hələ bir az böyüyəndə Məmmədəli də sürə bilər.

Səbinənin tərəddüd içində udqunduğunu görən Sabir sözünə daha əzmlə davam edərək fikrini yeni dəlillə əsaslandırdı:

- Səbinə, yadındadır, Vəlinin şalvarı gödəlmişdi, belinə də gəlmirdi. Sən zibilə atmaq istədin, mən qoymadım, dedim, hər şeyin çarəsi var... Sonra onu Pirvəli iki il geyindi.

Beləliklə, Sabir Səkinəni həmişə olduğu kimi, bu dəfə də inandırdı. Darboğaz ayaqqabılarının çarəsi də həmin gecə tapıldı...

...Yayın ilk günü olsa da, yağmurlu havaydı. Sabir pəncərənin qabağında durub küçənin ortasındakı gölməçəyə düşərək çiçək kimi pardaqlanan damlalara baxıb xoş müjdəli günləri xatırlayırdı. Onda da yayın ilk günü idi, amma onda yağış yağmırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri