Icma.az
close
up
RU
Xeyirxahlıq təcəssümünə çevrilən məktəb: Houbada şagirdlər Azərbaycanın yardımını minnətdarlıqla xatırlayırlar

Xeyirxahlıq təcəssümünə çevrilən məktəb: Houbada şagirdlər Azərbaycanın yardımını minnətdarlıqla xatırlayırlar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Sıçuan əyalətinin Vençuan rayonunda mənzərəli dağlarla əhatə olunmuş və bir vaxtlar təbii fəlakətlərin tüğyan etdiyi Çinin kiçik Çzanyu şəhərində indi sakitlik və canlanma hökm sürür. Geniş məktəb həyətində uşaqların səsi eşidilir, günəş şüaları müasir binanın pəncərələrində əks olunur. Bir vaxtlar dağıdıcı zəlzələdən sonra burada ancaq dağıntılar və tozlar qalmışdı. Bu gün bu məkan beynəlxalq yardım və insan iştirakı sayəsində canlanmış Houba məktəbidir.

AZƏRTAC-ın müxbiri ibtidai məktəbin direktoru Van Çunla həmsöhbət olub. O, çətin bərpa yolundan, təkcə təhsil infrastrukturunu deyil, həm də bütün məktəb kollektivinin ruhunu dəyişdirən yardımdan danışıb.

İnsanları birləşdirən faciənin yaddaşlara həkk olunması

2008-ci il 12 may tarixi Sıçuan əyaləti əhalisinin yaddaşında əbədi olaraq qalacaqdır. Pekin vaxtı ilə saat 14:28-də Rixter cədvəli üzrə 8.0 bal gücündə baş verən güclü zəlzələ əyalətdə köhnə məktəb binası da daxil olmaqla bir çox tikilini dağıdıb. Kampus ciddi zədələnib, demək olar ki, tamamilə dağılıb. Uşaqların oxumağa yerləri yox idi, böyüklər isə çaşqınlıq və xaos içində qalmışdı.

Sakinlərin sözlərinə görə, həmin günlərdə şəhərdə həyat sanki dayanmışdı. Halbuki elə o vaxt uzaq ölkədən - Azərbaycandan siqnal gəldi.

Kömək ürəkdən gələndə...

Valideynlər və müəllimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin xalqına başsağlığı verməsini və məktəbin bərpası üçün humanitar yardımın ayrılması ilə bağlı göstərişini minnətdarlıqla xatırlayırlar. Belə ki, 5 milyon yuan ekvivalentində məbləğ ayrılmışdı. Bu vəsait tikintiyə praktiki olaraq sıfırdan başlamağa imkan verdi, sadəcə ianə deyil, kənd məktəblilərinin bütün nəsli üçün əsl xilas yolu oldu. Qeyd edək ki, Çin Təhsilin İnkişafı Fondu da bu təşəbbüsə qoşularaq yardımçı infrastrukturun təşkili üçün daha 500 min yuan toplayıb. Beləliklə, layihədə dövlətlərin və sadə insanların səyləri birləşdirildi.

Çertyojlardan yeni imkanlara doğru

Tikinti işlərinə 2008-ci ilin dekabrında başlanılıb. Sakinlərin sözlərinə görə, tikinti sürətlə, lakin ehtiyatla aparılıb. 2009-cu ilin avqustunda əsas bina tamamlanıb. Bu, bütün komandaya inam və ilham verən mühüm addım idi.

2012-ci ilin fevral ayına qədər tikinti tamamilə başa çatıb. Ərazidə tədris korpusu, tələbələr üçün yataqxana, yeməkxana, idman meydançası və digər obyektlər tikilmişdi. Məktəb müəllimlərinin vurğuladığı kimi, bu, təkcə bərpa deyil, həm də yenilənmə idi. Yüz ildən artıq tarixə malik məktəb müasir təhsil mərkəzinə çevrilərək, əslində, yenidən həyata qaytarılmışdı.

Azərbaycanın köməyi sayəsində çertyojlar reallığa çevrildi və məktəb yenidən öz qapılarını şagirdlərin üzünə açdı.

Bir binadan daha çox məna kəsb edən tikili

Direktor deyir: “Yeni məktəb təkcə divar və dam örtüyü deyil. Bu, hər bir uşağın oxuyacağı, xəyal qura biləcəyi və yenidən inkişaf edəcəyi təhlükəsiz, rahat bir mühitdir”. O qeyd edib ki, məktəbin bərpası Sıçuanın ucqar dağlıq rayonlarının bütün təhsil sistemi üçün əlamətdar hadisə olub. Bu, yeniləşmə dalğasını başlatdı və bir çox müəllim və tələbələri daha çox səy göstərməyə ruhlandırdı.

Minnətdarlıq körpüyə çevrildikdə

Tikintinin başa çatmasından on ildən də çox vaxt keçəndən sonra, 2025-ci il sentyabrın 5-də Houba məktəbi Azərbaycan Respublikasının Çindəki səfirliyinə təşəkkür məktubu göndərib. Van Çun deyir ki, bu barədə qərar da təbii idi və ən zəruri məqamda gələn səmimi yardıma cavabdır.

Məktubda təhsil ocağının kollektivi layihənin uğurla başa çatdırılmasına və yeni məktəb binasının istifadəyə verilməsinə imkan verən səxavətli ianəyə görə minnətdarlığını bildirib. Direktorun sözlərinə görə, bu, əvvəllər yalnız keyfiyyətli təhsilə ümid edən yerli məktəblilərin arzularının gerçəkləşməsi üçün möhkəm bünövrəyə çevrilib.

On il sonra hər şey necə dəyişdi

İllər keçsə də, bu gün məktəb binası fəal şəkildə istifadə olunmağa davam edir. Van Çun qeyd edir ki, bu bina təkcə təhsil mühitinin yaxşılaşdırılması istiqamətində atılan addım deyil, həm də qayğı və dostluğun əsl ifadəsinə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın təhsilin inkişafına sadiqliyi, kənd məktəblilərinə diqqət və kömək üçün səmimi arzusu Houba məktəbinin şagird və müəllimlərinin qəlbində həmişəlik qalıb.

Direktor fəxrlə deyir ki, məktəb bundan sonra da bu binadan diqqətlə istifadə edəcək, tədrisin keyfiyyətini daha da yüksəltməyə çalışacaq. Bu xeyirxahlıq nümunəsindən ruhlanan müəllimlər öz işlərinə daha çox can yandırır, uşaqlar isə başqalarının dəstəyini hiss edərək daha həvəslə və məqsədyönlü çalışırlar.

Uşaqlarla birlikdə böyüyən dostluq

Van Çun əmindir ki, həmin çətin vaxtlarda özünü büruzə verən millətlərarası dostluq hər bir sinifdə minnətdarlıqla xatırlanacaq. O ümid edir ki, bu dostluğun toxumları uşaqların qəlbində kök salacaq, onların dünyagörüşünün tərkib hissəsinə çevriləcək, bugünkü tələbələrin - gələcəyin şəxsiyyətlərinin yolunu müəyyən edəcəkdir.

O, məktubun sonunda Azərbaycan Respublikasına bir daha minnətdarlığını bildirib, Houba məktəbinin xalqlar arasında diplomatik protokolla deyil, qəlbin diktəsi ilə yaranan əlaqənin əbədi rəmzi olaraq qalacağını vurğulayıb.

“Dostluğumuz möhkəm olsun və təhsili qorumaq ruhu nəsildən-nəslə ötürülsün”, - deyə Van Çun əlavə edib.

Ümidi yaşatmağa çağıran zəng

Houba məktəbi hətta dəhşətli faciənin ortasında belə parlaq bir ümidin doğula biləcəyinin əyani sübutudur. Məktəb dəhlizlərində 2008-ci ilin həmin ağır günlərini xatırlamayan uşaqlara da rast gəlmək olar. Amma biz əminik ki, məktəb zəngi çalındıqca, uşaqların səsi eşidildikcə, təhsil davam etdikcə, millətlərarası dostluq ideyasının özü müəllimlərin gözündə, uşaqların təbəssümündə və hər yeni dərsdə yaşayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri