Icma.az
close
up
RU
Cinayət ocağına çevrilən təhsil ocaqlarımız: Şagirdlər niyə bıçağa əl atır?

Cinayət ocağına çevrilən təhsil ocaqlarımız: Şagirdlər niyə bıçağa əl atır?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə orta məktəblərdə baş verən cinayət hadisələrinin sayının artması cəmiyyət üçün ciddi narahatlıq doğurur.

Zorakılıq, oğurluq, narkotik maddələrin yayılması və digər qanunsuz əməllər məktəb mühitinə mənfi təsir göstərərək, təkcə şagirdlərin psixoloji durumunu pozmur, həm də təhsilin keyfiyyətinə mənfi təsir edir. Bu gün Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə yayılan məlumat vəziyyəti açıq-aşkar ortaya qoyur.

Bəs günah kimdədir? Məktəblərdə cinayətkar mühitin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, məktəblərdə cinayət hadisələrinin artmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, ilk növbədə, ailə mühitində baş verən problemlər, valideyn nəzarətinin zəifləməsi və sosial problemlər yeniyetmələrin cinayət əməllərinə meyilli olmasına şərait yaradır. Ailədə diqqətsiz böyüyən, sevgidən məhrum olan uşaqlar özlərini təsdiq etmək üçün bəzən yanlış yollar seçirlər:

“Bundan əlavə, sosial şəbəkələr və mediada zorakılığın normallaşdırılması da bu cür halların artmasına səbəb olur. Hüquqi baxımdan valideyn məsuliyyəti Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Cinayət Məcəlləsi çərçivəsində tənzimlənir. Valideynlər yetkinlik yaşına çatmayan övladlarının qanunsuz hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyır və onların tərbiyəsinə laqeyd yanaşdıqları halda inzibati və hətta cinayət məsuliyyətinə cəlb oluna bilərlər".

Müsahibimiz bildirib ki, məktəblərdə şagirdlərin davranışına yetərli nəzarətin olmaması da cinayət hallarının qarşısının alınmasını çətinləşdirir. Hüquqşünasa görə, psixoloq və sosial işçilərin sayının azlığı, onların yanaşmalarının zəifliyi və şagirdlər arasında konfliktlərin vaxtında həll edilməməsi məktəblərdə cinayət hadisələrinin baş vermə ehtimalını artırır. Bu cür halların qarşısını almaq üçün məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, sosial problemlərin vaxtında araşdırılması və müəllimlərin bu sahədə xüsusi təlimlərdən keçməsi vacibdir:

"Təhsil haqqında” qanun, Uşaq Hüquqları Konvensiyası və Yetkinlik yaşına çatmayanların profilaktik nəzarəti haqqında qanunvericilik aktları məktəblərdə psixoloji xidmətlərin təşkilini və şagirdlərin təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Qanunvericiliyə əsasən, hər bir təhsil müəssisəsi şagirdlərin psixoloji və sosial rifahını qorumaq məqsədilə müvafiq tədbirlər görməli, zorakılıq halları aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Bundan əlavə, məktəb rəhbərliyi şagirdlərin sosial və hüquqi maarifləndirilməsini təşkil etməli, müəllimlər isə yetkinlik yaşına çatmayanların müdafiəsi və hüquqi məsuliyyəti ilə bağlı təlimlərə cəlb olunmalıdırlar. Bu cür tədbirlər məktəblərdə cinayət hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər".

Rüstəm Əzimzadə: Cinayət hadisələrinin qarşısının alınması üçün müştərək fəaliyyət mütləqdir

Rüstəm Əzimzadənin fikrincə, hüquq-mühafizə orqanlarının məktəblərlə mütəmadi əməkdaşlığı, əməkdaşlar tərəfindən yeniyetmələrlə maarifləndirici görüşlərin keçirilməsi və məktəblərə yaxın ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi cinayət hadisələrinin azalmasına səbəb ola bilər. Eyni zamanda, məktəblərdə video-nəzarət sistemlərinin tətbiqi və daxili təhlükəsizlik qaydalarının sərtləşdirilməsi mühüm addımlardan biridir:

"Azərbaycan Respublikasının “Polis haqqında” Qanunu hüquq-mühafizə orqanlarına ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən məktəblər və onların ətrafında cinayətkarlığın qarşısının alınması istiqamətində tədbirlər görmək səlahiyyəti verir. Bundan əlavə, Yetkinlik yaşına çatmayanların profilaktik nəzarəti haqqında qanunvericilik aktları məktəblərdə yeniyetmələrin təhlükəsizliyinin qorunması üçün hüquq-mühafizə orqanlarının birbaşa iştirakını nəzərdə tutur. Vurğulayım ki, video-nəzarət sistemlərinin tətbiqi zamanı şagirdlərin şəxsi həyatına müdaxilə edilməməli, bu sistemlər yalnız ictimai asayişi qorumaq məqsədilə istifadə olunmalıdır".

Hüquqşünas bu problemin həllinin təkcə məktəblərin və hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyət olduğunu söyləyib. Bildirib ki, bu halların qarşısını almaq üçün yalnız hüquq-mühafizə orqanlarının tədbirləri kifayət etmir, eyni zamanda, məktəblər, valideynlər və ictimai təşkilatlar birgə səylər göstərməlidirlər. Onun sözlərinə görə, təhsil müəssisələri psixoloji və tərbiyəvi işləri gücləndirməli, şagirdlərin sosial problemlərinin vaxtında aşkar edilməsi və həll olunması üçün məktəb psixoloqları və sosial işçilərin fəaliyyəti genişləndirilməlidir. Hüquq-mühafizə orqanları məktəblərlə sıx əməkdaşlıq etməli, yeniyetmələr arasında hüquqi maarifləndirmə işlərini artırmalı və məktəbətrafı ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər. Valideynlər isə övladlarının tərbiyəsinə daha çox diqqət ayırmalı, onların sosial çevrəsini yaxından izləməli və riskli davranışları erkən mərhələdə aşkar edərək qarşısını almağa çalışmalıdırlar.

“Yalnız birgə səylər nəticəsində məktəblərdə təhlükəsiz mühit yaradaraq gələcək nəsilləri cinayətkarlıqdan qorumaq mümkündür", - deyə Rüstəm Əzimzadə qeyd edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri