Icma.az
close
up
RU
Xəyyamla bağlı təsirli fakt: Əməliyyat pulu hazır olan gün...

Xəyyamla bağlı təsirli fakt: Əməliyyat pulu hazır olan gün...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədli ötən gecə vəfat edib.

Hurriyyet.az Titul.az-a istinadla meyxanaçının bioqrafiyasını təqdim edir:

Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub. O, ailəli olsa da övladı olmayıb. Ali təhsili olmasa da dediyi meyxanlar və yazdığı musiqilər hər zaman ürəklərə yol tapıb.

Mərhum meyxanaçını Azərbaycan dinləyicisinə tanıdan, Ordumuzun zabiti Ramil Səfərov Macarıstanda 8 il həbsdə olarkən ona həsr etdiyi "Məmləkətim" və ya ikinci adı ilə "Hələ oğlun salamatdır" adlı bəstəsi oldu. Bu bəstə onu qısa zamanda bütün ölkədə məşhurlaşdırdı.

Xəyyam 2018-ci ildə ürəyindən "anju" olunmuşdu. O, 2023-cü ildə insult keçirib. Söz xiridarı səhhəti ilə əlaqədar uzun müddətdir xəstəxanada da yatıb. Açıqlamalarından birində bildirmişdi ki, uzun zaman əvvəl ürəyinə su yığılıbmış. Buna görə o zaman əməliyyat olunması vacib hesab edilsə də, bu əməliyyat keçirilməmişdi. Bir gün birdən-birə gözü qaralan meyxanaçı huşunu itirir, gözünü xəstəxana divarları arasında açır.

Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazım idi, ümumilikdə əməliyyat xərcləri ilə birgə bu məbləğin 150 min dollar civarında olduğu bildirilirdi.

Avqustdan yataq xəstəsi olan Xəyyam ayağa qalxa, yeriyə bilmirdi, bir ayağı isə tamamilə tutulmuşdu. Meyxanaçı avqustu 18-də kliniki ölüm keçirib, 20 dəqiqə ürəyi dayanıb. Bunu 3 gün sonra bilib.

Ürək çatışmazlığı ilə əlaqədar bədəninə də su yığılmışdı.

Bir il ərzində xəstəxanada düz 8 dəfə yatan Xəyyam üçün 150 min dollar ötən gün toplandı. Məbləğin çatışmayan təxminən 60 min dolları adı açıqlanmayan bir şəxs tərəfindən qarşılandı.

Hər kəs sevincli, hər kəs ümidli olduğu bir vaxtda elə həmin gün gecə saatlarında "Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa çarəsi də var" deyərək hər kəsdən daha çox ümidli görünən Xəyyam Əhmədli 44 yaşında yaşadığı mənzildə vəfat etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri