Xəzər 30 ildə 3 metr dayazlaşıb
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyalı tədqiqatçılar qrupu 1993-cü ildən 2025-ci ilə qədər olan dövrdə Xəzər dənizinin və Qara-Boğaz-Göl körfəzinin kiçilən sahəsini araşdırıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmi Fondu məlumat yayıb.
“Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri davamlı olaraq ildə təxminən 10 sm azalır. Bu dövrdə göstərici təxminən 3 metr aşağı düşüb”, - məlumatd deyilib.
Alimlər yüksək dəqiqlikli peyk məlumatlarının təhlilinə əsaslanan metodologiya hazırlayıblar və bu metodologiya su səthinin sahəsinin faktiki itkisini qiymətləndirməyə kömək edəcək müasir hipsometrik əyrilər yaradıb:
“Dayazlaşma artıq region üçün mənfi nəticələrə səbəb olub. Belə ki, Volqa-Xəzər dəniz kanalında və limanlarda suyun səviyyəsinin azalması səbəbindən gəmiçilik çətinləşib, sahil xətti isə yaşayış məntəqələrindən uzaqlaşmağa başlayıb. Proqnoza görə, XXI əsrin sonunadək Xəzər dənizinin səviyyəsi daha 2–21 metr enə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 İyul 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















