Icma.az
close
up
RU
Bakıda 30 cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək

Bakıda 30 cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək

Icma.az, Apa.az saytına istinadən bildirir.

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək.

"APA-Economics" xəbər verir ki, regionun inşaat sektorunda aparıcı sənaye platformalarından olan bu tədbir çərçivəsində 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 13-cü Xəzər Beynəlxalq Mebel İstehsalı və Ağac Emalı Sərgisi – “MebelExpo”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic” sərgisi baş tutacaq.

Bu il Xəzər İnşaat Həftəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri öz yubileyini qeyd edir və bu əlamətdar hadisə sərgilərin tədbirlər proqramında da öz əksini tapacaqdır. Region üçün əhəmiyyətli tədbirləri vahid ad altında birləşdirən Xəzər İnşaat Həftəsi Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin qabaqcıl şirkətlərini bir araya gətirir.

30 illik uğurlu tarixə malik Xəzər İnşaat Həftəsi etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında layiqli yerini tutur və regionun əsas oyunçuları və mütəxəssisləri ilə birbaşa əlaqə qurmaq fürsətini təqdim edir.

Hazırda sərgilərə hazırlıq işləri aktiv şəkildə aparılır. Sərgilərə beynəlxalq marağın artması nəticəsində sərgi sahəsinin böyük hissəsi artıq müxtəlif ölkələri təmsil edən iştirakçılar tərəfindən rezerv olunub. Bu il də sərgilər Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu əhatə edəcək. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İtaliya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan bir çox yeni şirkətlər iştiraklarını təsdiqləyib.

Ötən illərdə olduğu kimi, bu il də Xəzər İnşaat Həftəsinə müvafiq qurumlar və assosiasiyalar tərəfindən dəstək göstərilir. Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır.

Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Xəzər İnşaat Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Xəzər İnşaat Həftəsi haqqında ətraflı məlumatları www.caspianconstructionweek.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri