Icma.az
close
up
RU
Xəzər rayonunda Konstitusiyamızın 30 illiyi qeyd edilib FOTOLAR

Xəzər rayonunda Konstitusiyamızın 30 illiyi qeyd edilib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya – Müstəqilliyimizin və Suverenliyimizin Zəmanətidir” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şimal” Elektrik Stansiyasının inzibati binasında keçirilən tədbirdə Xəzər RİH-nin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, Bakı Dövlət Universitenin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon məhkəməsinin sədri Abbas Rzayev, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak edib.

İlk öncə iştirakçılar “Şimal” ES-in inzibati binasının foyesində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar. Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilərək Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə Konstitusiya Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndirib.

Bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında, ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla inkişaf etdiyini, qısa müddətdə əsrə bərabər inkişaf yolu keçən müstəqil respublikamızın daha güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrildiyini qeyd edib. Tədbirdə Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, professor İradə Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanan və qəbul edilən ilk milli Konstitusiyamızın tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Qələbə sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilməklə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi bütün torpaqlarımızda bərqərar olub. Həmçinin, qeyd olunub ki, çağdaş Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan müstəqil respublikamızın ümumbəşəri demokratik imicini daha da yüksəldib. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Xəzər RİH başçısının fəxri fərmanlar təqdim edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri