Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Son 30 ildə Xəzərin səviyyəsi 3 metr aşağı düşüb SOS

Son 30 ildə Xəzərin səviyyəsi 3 metr aşağı düşüb SOS

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Təkcə danışmaq yetərli deyil, geniş fəaliyyət planı lazımdır


“Sahilyanı tikililər və çirkab suları Xəzəri daha da təhlükəyə atır”


Xəzər dənizinin səviyyəsinin azalması kosmosdan çəkilən görüntülərdə də təsdiqini tapıb. Nəticədə Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı yeni faktlar məlum olub. Bu faktlar son bir neçə ildə Volqa çayı hövzəsində baş verən dəyişikliklər, eləcə də Volqadan Xəzər dənizinə su axınının azalması ilə bağlıdır.

"Azərkosmos"un "Azersky" peykləri vasitəsilə həm Xəzər dənizi, həm də Volqa çayı hövzələrində aparılan tədqiqat və monitorinqlərin nəticəsi heç də ürəkaçan deyil. Xəzərin səviyyəsi getdikcə daha da azalır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Xəzər dənizinin səviyyəsinin azalması problemini də qabartmışdı. Çıxışı zamanı cənab Prezident bu problemi 3 il əvvəl də gündəmə gətirdiyini vurğulayaraq bildirmişdi ki, 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırıb: “Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır”. Prezident İlham Əliyev dünya ölkələrini bu ekoloji böhranla mübarizədə həmrəy olmağa, birgə fəaliyyət göstərməyə çağırıb. Qeyd edək ki, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Türkmənistanda keçirilən Üçüncü Konfransında da Xəzərin dayazlaşması qlobal problem olaraq müzakirəyə çıxarılıb. BMT-nin Baş katibi Antonio Quterreş dünya birliyini dənizə çıxışı olmayan ölkələri dəstəkləmək üçün səylərini artırmağa çağıraraq, "onlar həm inkişaf etməkdə olan ölkələr kimi, həm də dənizə çıxışı olmayan ölkələr kimi ikiqat əziyyət çəkirlər. Bu, onların ticarət imkanlarını məhdudlaşdırır, idxalı daha baha edir, ixracın rəqabət qabiliyyətini azaldır və beynəlxalq bazarlara çıxışı çətinləşdirir", söyləmişdi. Konfrans çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev çıxışında Xəzərin səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb. Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub. 


Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a  açıqlamasında bildirdi ki, dünyada iqlim böhranı yaşandığı, bir çox su höfzələrinin quruyaraq yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir zamanda Xəzərin problemini daim gündəmdə saxlamaqla kifayətlənmək olmaz. Həm də problemin həllini tezləşdirmək vacibdir: 


- Xəzər dənizinin suyu çox acınacaqlı sürətlə azalır. Əsas səbəb, iqlim dəyişməsi, çayların gücdən düşməsi, dənizdə suyun buxarlanmasının artması, Rusiyanın Volqa çayı boyu tikdiyi bəndlər və aşırı su tükətimidir. Son 30 ildə Xəzərin səviyyəsi 3 metr düşüb. Xəzəri sağlamlaşdırmaq və dayazlaşmanın qarşısını almaq üçün konkret fəaliyyət planı işlənməlidir. Bu fəaliyyət planında əsas məsuliyyət Rusiyanın üzərinə düşməlidir. Çünki Xəzər dənizini suyla təmin edən əsas mənbə Volqa çayıdır. Xəzərə suyun 80 faizi Volqa çayı vasitəsilə gəlir. Fəaliyyət Planında konkret olaraq göstərilməlidir ki, hansı ildə Volqadan ötürüləcək suyun miqdarı nə qədər azaldılacaq, yəni Volqadan Xəzərə hansı miqdarda su gələcək və bununla bağlı da Xəzərin suyu nə qədər arta və ya azala bilər. Bu fəaliyyət planı qəbul olunsa, Xəzərin sağlamlaşması mümkün olacaq. Yox əgər qəbul edilməsə, məsələ çox çətindir. “Azərkosmos”un apardığı monitorinq, kosmosdan görüntülər də təsdiq edir ki, Volqa çayı hövzəsində ciddi dəyişikliklər baş verib, bu da Xəzərdə suyun səviyyəsinin xeyli azalmasına səbəb olub. Monitorinqlərin nəticəsi nəzərə alınaraq Volqa çayı hövzəsində də sağlamlaşdırma işləri aparılmalı və Xəzərə gələn suyun miqdarı artırılmalıdır. Xəzərin dayazlaşması təkcə Volqa çayından gələn suyun azalması deyil. Başqa səbəblər də var, hansı ki bu və ya digər dərəcədə Xəzərin ekoloji problemini şərtləndirir. Məsələn, dənizə çirkab sularının axıdılması, dənizin çirkləndirilməsi, sahilyanı ərazilərdə plansız tikililərin aparılması, dənizin ümumi eko-sisteminin pozulması. Eko-sistem sağlamlaşdırılmalıdır ki, Xəzəri xilas edə bilək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri