Icma.az
close
up
RU
Xəzər dayazlaşdıqca problemlər çoxalır

Xəzər dayazlaşdıqca problemlər çoxalır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xəzər dənizinin səviyyəsinin enməsi kompleks və çoxtərəfli ekoloji problemdir. Bu prosesin qarşısını almaq və onun fəsadlarını minimuma endirmək üçün həm elmi araşdırmalara, həm də Xəzəryanı ölkələr arasında beynəlxalq əməkdaşlığa ehtiyac var.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin sözlərinə görə, bu məqsədlə 2025-ci ildə Xəzəryanı ölkələrin ekologiya nazirlərinin sammitinin keçirilməsi nəzərdə tutulur. Azərbaycan artıq bu təşəbbüslə çıxış edib və tədbirin dəqiq tarixi yaxın zamanda açıqlanacaq. “Biz bütün Xəzəryanı dövlətləri müvafiq məsləhətləşmələr aparmağa və dənizinin dayazlaşması məsələsini müzakirə etməyə dəvət etmişik. Hazırda müvafiq nazirliklər və idarələr problem üzərində fəal işləyir və irimiqyaslı tədbirin vaxtını müəyyənləşdirir” – M.Babayev deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Sankt–Peterburqda Azərbaycan–Rusiya işçi qrupunun iclası və XI Neva Beynəlxalq Ekoloji Konqresi keçirilib, sessiyalardan biri Xəzər dənizinin dayazlaşması probleminə həsr edilib: “Orada da çox mənalı və ciddi müzakirələr aparılıb. Hazırda Astana Beynəlxalq Forumu, AİF2025 çərçivəsində belə müzakirələr davam edir... Biz artıq İranda Urmiya gölü və Qazaxıstanla Özbəkistan arasında yerləşən Aral dənizində baş verənlər kimi ekoloji fəlakətlərin nəticələrinin şahidi olmuşuq. İndi Xəzər dənizi üzərində də oxşar təhlükə var. Bu, daxili miqrasiyaya gətirib çıxarır – insanlar həm Urmiya, həm də Aral dənizi ətrafındakı sahilyanı rayonları tərk edirlər. Bu səbəbdən də bütün regionda ciddi sosial problem yaranır. Bütün Xəzəryanı ölkələr bu kontekstdə beynəlxalq təcrübədən istifadə etməklə birlikdə hərəkət etməlidirlər”.

Sankt-Peterburqda keçirilən müzakirələrdə də Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər də diqqət mərkəzində olub. Bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi son 400 ilin tarixi minimumuna enib. Bu isə region üçün fəlakət siqnalıdır. Bu barədə Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin deyib: “Dəniz səviyyəsinin dəyişməsi həmişə baş verib, lakin indi vəziyyət fərqlidir. Xüsusilə, Xəzərin şimal və şərq sahillərində su kilometrlərlə geri çəkilir. Bu, balıqçılıq, limanlar və gəmiçilik üçün dağıdıcı təsirə malik ola bilər”.

A.Yatskinin sözlərinə görə, Rusiya artıq “Rusiyanın suyu” adlı layihə ilə Volqa, Ural və Terek kimi Xəzəri qidalandıran çayların su balansını bərpa etməyə çalışır. Amma, o, vurğulayıb ki, bu problemi təkbaşına həll etmək mümkün deyil: “Yalnız Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan birgə fəaliyyəti ilə Xəzəri xilas etmək mümkün olacaq. Üçüncü ölkələrin müdaxiləsi burada yolverilməzdir”.

Federasiya Şurasının Aqrar və ərzaq siyasəti komitəsinin üzvü Sergey Anopriyenko isə suyun səviyyəsinin azalmasını tam dayandırmağın mümkün olmadığını, lakin buxarlanmanı azaltmaq, suyun təkrar istifadəsi texnologiyalarını tətbiq etmək və ölkələr arasında effektiv məlumat mübadiləsi qurmaqla vəziyyəti nəzarətdə saxlamağın mümkünlüyünü bildirib.

Konqresdə iştirak edən ekspertlər, o cümlədən azərbaycanlı mütəxəssislər bildirirlər ki, əgər indi birgə tədbirlər görülməsə Xəzər regionu genişmiqyaslı ekoloji fəlakətlə üzləşəcək. Bu isə milyonlarla insanın həyatına təsir göstərəcək. Yəni, vaxtında həll edilməyən problemlər sonradan qlobal fəlakətə səbəb ola bilər

***

Xəzər dənizinin və onun sahillərinin ekoloji problemləri, ilk növbədə, region ölkələrinin iqtisadi inkişafının nəticəsidir. Ekoloq Səid Səfərov bildirdi ki, bu, həm uzunmüddətli iqlim dəyişiklikləri, həm də günümüzün kəskin sosial-iqtisadi problemləri ilə birləşir: “Ekoloji problemlərin nəticələrini şərti olaraq iki kateqoriyaya bölmək olar– birbaşa və dolayı. Birbaşa nəticələr bioloji resursların itirilməsidir. Bu, özünü Xəzər regionu ölkələrinin nərə və digər vətəgə əhəmiyyətli balıqlarının ehtiyatlarının davamlı azalmasında göstərir. Nəticədə, onların satışı, həm də buna uyğun olaraq Xəzərsahili ölkələrin gəlirləri azalır. Buraya həmçinin dəymiş zərərin ödənilməsi də daxildir”. Ekspertin sözlərinə görə, Xəzərin problemlərinin dolayı nəticələri isə ekosistemin özünütəmizləmə qabiliyyətinin, tarazlığının itirilməsi və tədricən yeni vəziyyətə keçidi ilə bağlıdır: “Bu, uzunmüddətli perspektivdə daha ciddi sosial, iqtisadi və ekoloji fəsadlara səbəb olur. Vaxtında qabaqlayıcı tədbirlər görülməsə, daha ağır nəticələr verir. Çünki Xəzərin su sisteminin özünü bərpaetmə (məsələn, çirkləndiriciləri təbii yollarla parçalama və ya udma) qabiliyyəti zəifləyir ki, bu da bioloji müxtəlifliyin sürətlə azalmasına, xüsusilə də plankton və bentos kimi kiçik, lakin mühüm canlıların yox olmasına gətirib çıxarır. Qida zəncirinin pozulması öz növbəsində balıqçılıq sənayesinə və qida təhlükəsizliyinə təsir edir. Artıq balıqların, köçəri quşların və endemik Xəzər suitilərinin əsas qida mənbələrinin yerləşdiyi dənizin şimal hissəsində mənfi təsirlər hiss olunur”.

***

Hazırda Xəzərdə nərəkimilərin ehtiyatı azalıb, vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. 1980-ci illərlə müqayisədə 2009–2010-cu illərdə nərə balıqlarının ov həcmi 30 dəfə azalıb. İndi isə bütün Xəzəryanı ölkələrin ovu birlikdə min tonu keçmir. Bu məsələ Sankt–Peterburq ekoloji konqresində diqqət mərkəzində olub. Məsləhət görülüb ki, region ölkələri Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan kommersiya qadağası uzadılsın. Mütəxəssislər həm də Xəzəryanı ölkələr üçün dənizdə nərə cinsli balıqlarla yanaşı, kilkələrin də sənaye məqsədilə kütləvi ovuna moratorium qoyulmasını təklif edirlər. Xəzərin fauna kütləsinin 60–70 faizini kilkələr təşkil edir ki, azalma onlarla qidalanan nərə cinsli balıqların və suitilərin sayının azalmasına səbəb olur.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirdi ki, balıqçılığa tək qida istehsalı kimi yanaşılmamalıdır: “Bu, həm qida təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, eyni zamanda, biomüxtəlifliyin qorunması kimi böyük bir sahəni əhatə edir. Ümumiyyətlə, ekoloji problemlərin nəticələri dərhal hiss olunmasa da, uzun müddətdə daha dərin və dağıdıcı nəticələrə gətirib çıxarır. Buna görə də Xəzər ekosisteminin bərpası yalnız bioloji deyil, humanitar və iqtisadi məsələ kimi qəbul olunmalı, davamlı yanaşmalar tətbiq edilməlidir”.

Xəzər dənizində son illərdə müşahidə olunan dayazlaşma sahilyanı dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərir. Liman infrastrukturunun fəaliyyətini çətinləşdirir, yük daşımalarının effektivliyini azaldır və əlavə xərclərə səbəb olur. Məsələn, Qazaxıstanın Aktau limanında naviqasiya marşrutlarının saxlanma xərcləri son beş ildə 30 faiz artıb. Yük gəmilərinin və neft tankerlərinin limana təhlükəsiz daxil olması üçün onlar 10 faiz az yüklənir. Əks halda, tam yüklü gəmilərin gövdəsinin aşağı hissəsi dənizin dibinə toxunur. Ona görə də, limanda dərinləşdirmə işləri aparılmalıdır. Bunun üçün milyonlarla dollar vəsait tələb olunur. Əks halda suyun səviyyəsi aşağı düşməkdə davam edəcək, gəmiçilik səmərəsiz sahə olacaq.

Eyni vəziyyət Azərbaycan, Rusiya və Türkmənistan limanlarında müşahidə olunur. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı genişlənir, dərinliyinə də xüsusi diqqət yetirilir. Ekspertlərin hesablamalarına görə, Xəzəryanı ölkələrin dayazlaşma ilə bağlı ümumi iqtisadi itkiləri ildə bir milyard ABŞ dollarına çata bilər. Bu, enerji, nəqliyyat və balıqçılıq sektorlarında itkilərlə yanaşı, regional əməkdaşlıq və ticarət potensialına da mənfi təsir göstərir.

Beləliklə, Xəzərin ekoloji problemləri təkcə ekosistemlərin tənəzzülü ilə deyil, həm də dərin sosial-iqtisadi və siyasi nəticələrlə müşayiət olunur. Burada əsas məsələ uzunmüddətli təbii dəyişikliklərlə antropogen (insan mənşəli) təsirlərin üst-üstə düşməsi və kompleks böhran yaratmasıdır. Problemin qarşısı isə Xəzərsahili ölkələrin birgə səyi ilə aradan qaldırılmalıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see386

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see361

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see336

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see256

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see248

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see241

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see231

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see188

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see179

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri