Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qahirə, 23 may, AZƏRTAC

İraqlı professor Mutəz Muhy Əbdülhəmidin bu yaxınlarda ikinci nəşri işıq üzü görən “Şuşa – Azərbaycanın incisi” adlı kitabı İraqda səyahət ədəbiyyatı üzrə Naci Cavad əl-Saati mükafatına layiq görülüb. Mükafatın təqdimat mərasimi Bağdad Mədəniyyət Mərkəzində keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İraqın tanınmış alimləri, ədəbiyyat tənqidçiləri, eləcə də Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə iştirak edib.

Mutəz Muhy Əbdülhəmid çıxışında kitabı haqqında qısa məlumat verib. Qeyd edib ki, Şuşa təkcə turistik məkan deyil, həm də tarix, mədəniyyət və qədim yaddaşın qovuşduğu mühüm bir mərkəzdir. Şəhər əsrlər boyu Qafqazın ədəbi, musiqi və memarlıq həyatında xüsusi yer tutub. Onun haqqında yazmaq gözəlliklə faciənin, keçmişlə bu günün arasında uzanan mürəkkəb bir tarixi xəttə toxunmaq deməkdir.

Müəllif əlavə edib ki, “Şuşa – Azərbaycanın incisi” adlı kitabda şəhərin zəngin tarixini, qədim şöhrətini və mədəni irsini geniş şəkildə təsvir edib. Əsərdə qeyd olunur ki, Şuşa bir zamanlar gözəllik və sənət aşiqlərinin üz tutduğu məkan olub. Təbiətinin ecazkarlığı, memarlıq zənginliyi və poetik mühiti şəhəri regionun ən seçilən mədəniyyət ocaqlarından birinə çevirib.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Şuşa şəhərinin tarixi haqqında məlumat verib. Diplomat bildirib ki, Şuşa 2024-cü İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Diplomat Şuşanın Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin vətəni olduğunu xatırladaraq şəhərin təkcə ölkə daxilində deyil, bütün Qafqaz regionunda mühüm mədəniyyət mərkəzi kimi tanındığını bildirib.

Çıxışda işğal dövründə Şuşanın tarixi və dini abidələrinin ciddi dağıntılara məruz qaldığı diqqətə çatdırılıb. Bildirilib ki, hazırda şəhərin tarixi simasının bərpası istiqamətində genişmiqyaslı işlər aparılır, bir sıra məscidlər artıq bərpa olunub, digər abidələrdə isə restavrasiya işləri davam etdirilir.

Müvəqqəti işlər vəkili vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Şuşa öz Azərbaycan ruhunu qoruyub saxlayıb. O qeyd edib ki, şəhərin azad olunması ölkənin müasir tarixinin ən parlaq səhifələrindən biridir. “Bu gün Şuşa yalnız mədəniyyət mərkəzi deyil, həm də qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir”, – deyə diplomat əlavə edib.

İraqlı ədəbiyyatşünas professor Rza Kamil əl-Musəvi çıxışında adı çəkilən kitabın əsas xüsusiyyətləri barədə danışıb. Qeyd olunub ki, kitabın əsas bədii xüsusiyyətlərindən biri Şuşanın əsərin əsas qəhrəmanına çevrilməsidir. Şəhər mətn boyunca hiss edən, yaralanan, yaddaşını itirib yenidən qazanan canlı varlıq kimi təqdim olunur. Müəllif bununla böyük şəhərlərin müharibələrlə yox olmayaraq yaddaşda, musiqidə və mədəniyyətdə yaşadığını və sonradan dirçəldiyini göstərməyə çalışır.

Alim diqqətə çatdırıb ki, əsərdə Şuşanın memarlıq irsinə də xüsusi yer ayrılıb. Qədim bazarlar, daş tağlar, hamamlar, məscidlər və qala divarları sadəcə memarlıq nümunələri deyil, şəhərin mədəni kimliyini əks etdirən canlı simvollar kimi təqdim edilir.

Tədbirdə çıxışlarda, həmçinin qeyd olunub ki, müəllif bədii təsvirlə analizi bir araya gətirərək həm şəxsi müşahidələrini, həm də xalqımızın kollektiv yaddaşını oxucuya çatdırır. Əsər yalnız səyahət qeydləri deyil, həm də daşlarında və küçələrində tarixin izlərini daşıyan bir şəhərin hekayəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, iraqlı səyahətçi, yazıçı və hüquqşünas Naci Cavad əl-Saati İrsinin Qorunması Komitəsi tərəfindən mükafata layiq görülən kitab "Şuşa İli" ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr edilib.

Kitab “Qarabağ xanlığının paytaxtı Şuşa” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı iki fəsildən ibarətdir. Kitabın giriş hissəsində 44 günlük Vətən müharibəsi haqqında ümumi məlumatlar verən müəllif bu müharibənin baş verməsinin tarixi və siyasi səbəblərinə toxunub, həmçinin müharibə dövründə Azərbaycan Prezidentinin çıxış və müsahibələrindən sitatlar gətirməklə bir sıra məqamlara aydınlıq gətirib. Bu hissədə BMT-nin dörd məlum qətnaməsi, müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatlar da qeyd edilib.

Birinci fəsildə qədim dövrləri əhatə etməklə müasir dövrə qədər Şuşa şəhərinin tarixindən bəhs olunur. Müəllif tarixi mənbələrə və Avropa şərqşünaslarının rəylərinə istinad edərək bu şəhərin qədim Azərbaycan şəhəri olduğunu əsaslandırır. Şuşa şəhərində insan məskunlaşmasının tarixinin Tunc dövrünə qədər gedib çıxdığı, sonrakı dövrlərdə isə bu şəhərin əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu mötəbər faktlarla təqdim edilir.

“Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı ikinci fəsil Şuşa şəhərinin mədəniyyətinə dair mövzuları əhatə edən bir neçə yarımfəsildən ibarətdir. Müəllif Şuşa şəhərinin zəngin mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında məlumatları qeyd edib. Şuşalıların yaratdığı mədəniyyətin nəinki Azərbaycan xalqının, həmçinin İslam dünyasının mədəni irsi baxımından unikal bir nümunə olduğu vurğulanıb. Bu hissədə müəllif Şuşa şəhərində inşa edilmiş maddi-mədəni abidələr, məscid, kilsə və ziyarətgahlar, karvansara və bazarlar, saraylar, muzey və kitabxanalar barədə, onların özünəməxsus memarlıq üslubu və tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2026 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri