Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Xəzər dayazlaşır, adalaşır, sahillər quraqlaşır

Xəzər dayazlaşır, adalaşır, sahillər quraqlaşır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü münasibətilə müraciətində qlobal ekoloji problemlərin artıq təkcə təbiətə deyil, iqtisadi inkişafa, insan sağlamlığına, yaşayış şəraitinə və dövlətlərin rifahına ciddi təsir göstərdiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, gələcək nəsillərin rifahı bu gün iqlim və ekoloji çağırışlara qarşı nə dərəcədə effektiv mübarizə aparılmasından asılıdır.

Prezident qeyd edib ki, Azərbaycan bu məsuliyyətə böyük həssaslıqla yanaşır və ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Son illərdə ölkədə həm daşqınların, həm də quraqlıq hallarının sayı və intensivliyi artıb, su ehtiyatlarının azalması isə artıq təkcə Azərbaycanın deyil, bütövlükdə regionun qarşısında duran əsas problemlərdən birinə çevrilib.

İlham Əliyev xüsusilə vurğulayıb ki, Xəzər dənizinin səviyyəsinin son iki əsrdə qeydə alınan tarixi minimum həddə yaxınlaşması iqlim dəyişikliklərinin yaratdığı risklərin miqyasını aydın şəkildə ortaya qoyur. Prezidentin fikrincə, bu tendensiya region ölkələri üçün yeni ekoloji, iqtisadi və sosial çağırışlar formalaşdırır.

Dövlət başçısının diqqət çəkdiyi problem son illər aparılan elmi araşdırmalarla da təsdiqlənir. Xəzər dənizi tədricən dayazlaşır, sahil xətti geri çəkilir, yeni adalar meydana çıxır, bəzi sahil əraziləri isə fərqli coğrafi görünüş alır. Bu proses artıq müvəqqəti xarakter daşımır və yaxın onilliklərdə sürətlənə bilər. Bunu BMT-nin Xəbərlər Xidmətinin məlumatı da təsdiqləyir. Məlumatda bildirilir ki, dəniz səviyyəsinin aşağı düşməsi yalnız sahil xəttinin dəyişməsi ilə məhdudlaşmır. Bu proses limanların fəaliyyətinə, gəmiçiliyə, balıqçılığa, su ehtiyatlarına və biomüxtəlifliyə birbaşa təsir göstərir. Xüsusilə qlobal iqlim dəyişikliklərinin sürətlənməsi fonunda Xəzərdə müşahidə olunan proseslərin qarşıdakı onilliklərdə daha da dərinləşəcəyi ehtimal olunur. Eyni zamanda, ekoloji tarazlığın pozulması regionun biomüxtəlifliyi üçün də ciddi risklər yaradır.

Son tədqiqatlar xüsusilə Xəzərin şimal hissəsində vəziyyətin sürətlə dəyişdiyini göstərir. Rusiyalı mütəxəssislərin apardıqları araşdırmalar zamanı əvvəllər dayazlıq hesab edilən bəzi sahələrin artıq quru ərazilərə çevrildiyi müəyyən olunub. Məlumatlara görə, 2021-ci ildən etibarən dənizin geri çəkilməsi prosesi daha da sürətlənib və bəzi bölgələrdə bu dəyişiklik kilometrlərlə ölçülür. Aparılan ekspedisiyalar zamanı uzunluğu, təxminən, bir kilometr olan iki yeni ada aşkar edilib. Hazırda həmin quru sahələri su səviyyəsindən təxminən yarım metr yüksəklikdə yerləşir ki, bu da Xəzərdə baş verən dəyişikliklərin miqyasını aydın şəkildə nümayiş etdirir.

Yeni yaranan adalar, əsasən, qum və lil qatlarından ibarətdir. Hələlik onların üzərində sabit bitki örtüyü formalaşmayıb. Əgər bu ərazilər uzun müddət su altında qalmasa, gələcəkdə burada ilkin ekosistemlərin yaranacağı ehtimal edilir. Quşların yuvalaması, müxtəlif bitki örtüyünün formalaşması və bəzi canlı növlərinin burada məskunlaşması mümkündür. Lakin bu “yeni torpaqlar”ın taleyi hələ də qeyri-müəyyəndir. Güclü küləklər, payız fırtınaları və su səviyyəsindəki dəyişikliklər onları yenidən dənizin altına qərq edə bilər. Xəzərin tarixində belə hallar dəfələrlə yaşanıb. Xüsusilə palçıq vulkanlarının fəaliyyəti nəticəsində yaranan və “xəyal adalar” adlandırılan müvəqqəti quru sahələri qısa müddətdən sonra tamamilə yox olub.

Bununla yanaşı, bəzi mövcud adaların sürətlə böyüməsi alimləri daha çox narahat edir. “Çistaya Banki” adasının sahəsi son illərdə iki dəfə artıb. Tbilisi dayazlığının yerində yaranmış ada isə üç dəfə genişlənib. “Malıy Jemçujnı” adası əvvəllər dəniz səviyyəsinə çox yaxın olduğu halda, indi bəzi hissələrdə suyun üzərindən iki metrədək yüksəlir. Bütün bunlar Xəzərin nə qədər sürətlə dayazlaşdığını açıq şəkildə göstərir.

Son 30 ildə Xəzərin səviyyəsi, təxminən, 3 metr aşağı düşüb. Şimal regionlarda bəzi yerlərdə dəniz 10 kilometrlərlə geri çəkilib. Vaxtilə su altında qalan ərazilər indi quru düzənliklərə çevrilib, sahilyanı bataqlıqlar isə qurumağa başlayıb. Körfəzlərin sahəsi kiçilib, bəzi kiçik su hövzələri tamamilə yox olub. Regionun coğrafiyası sanki yenidən formalaşır.

Bu dəyişikliklərin ən diqqətçəkən nümunələrindən biri Dağıstandakı Çeçen adasında müşahidə olunub. Bir vaxtlar yalnız qayıqla çatmaq mümkün olan ada artıq materiklə birləşib və ora avtomobillə getmək mümkündür. Aqraxan körfəzində isə vəziyyət daha ağırdır. Körfəzin böyük hissəsi faktiki olaraq quruyub və yalnız dayaz sular qalıb. Bir neçə onillik əvvəl dənizlə əhatə olunan ərazilər indi quru landşafta çevrilib.

Xəzərin geri çəkilməsi artıq Azərbaycan sahillərində də açıq şəkildə hiss olunur. Rəsmi məlumatlara görə, dənizin azalması nəticəsində ölkədə, təxminən, 40 min hektara yaxın yeni quru sahəsi yaranıb. Bakı Bulvarı ərazisində əvvəllər suyun altında qalan qayalar və qum təpələri artıq görünür. Ticarət mərkəzinin yaxınlığında uzunluğu, təxminən, 80–100 metr olan kiçik ada diqqət çəkir. Bəzi körpülərin alt hissəsi isə tamamilə quruyub. Şəhər sakinləri dənizin gündən-günə sahildən uzaqlaşdığını açıq şəkildə müşahidə edirlər.

Sumqayıt sahillərində dəniz onlarla metr geri çəkilib və sahil xətti tanınmaz hala düşüb. Turizmin əsas mərkəzlərindən olan Nabran və Xaçmaz istiqamətində çimərliklərin relyefi dəyişib, bəzi kurort obyektləri ciddi problemlərlə üzləşib. Astara sahillərində isə dəniz o qədər geri çəkilib ki, sahilə yaxın hissələrdə kiçik qum adaları yaranıb.

Xəzərin Azərbaycan sahillərində palçıq vulkanları da yeni adaların yaranmasına səbəb olur. Bu adalar qəfil meydana çıxır, bir müddət dənizin səthində qalır və sonra yenidən yox olurlar. Xüsusilə Xəzərin cənub hissəsi palçıq vulkanları ilə zəngindir. Vulkan püskürmələri zamanı dənizin dibindən palçıq, qaz və qum kütlələri səthə qalxaraq müvəqqəti quru sahələri yaradır. Azərbaycan sahillərinə yaxın yerləşən Çigil-dəniz adası bunun ən məşhur nümunələrindən biridir. Ada 2023-cü ildə Kumani palçıq vulkanının püskürməsi nəticəsində yaranmış, lakin bir neçə ay sonra dalğalar və eroziya səbəbindən yenidən su altında qalmışdı.

Belə hadisələr Xəzərdə ilk dəfə baş vermir. Tarixi məlumatlara görə, Kumani və digər palçıq vulkanları XIX əsrdən bəri dəfələrlə oxşar adalar formalaşdırıb. Bu adalar bəzən həftələrlə, bəzən isə aylarla mövcud olsa da, əksər hallarda uzunömürlü olmur.

Mütəxəssislərin fikrincə, “xəyal adalar” yalnız maraqlı təbiət hadisəsi deyil, həm də mühüm geoloji göstəricidir. Bu proseslər dəniz dibindəki tektonik dəyişiklikləri, seysmik aktivliyi və qaz təzyiqini öyrənmək baxımından alimlər üçün böyük əhəmiyyət daşıyır. Son illərdə Xəzərin su səviyyəsinin azalması isə bu adaların daha tez meydana çıxmasına və daha uzun müddət müşahidə olunmasına şərait yaradır.

Problemin əsas səbəbi qlobal iqlim dəyişiklikləridir. Dünya müvəqqəti olaraq temperatur artımının 1,5 dərəcə həddini aşacağı bir dövrə doğru irəliləyir. Temperaturun artması suyun buxarlanmasını sürətləndirir, Volqa kimi böyük çaylardan gələn suyun həcmi isə azalır. Nəticədə Xəzərin su balansı pozulur, dəniz əvvəlki həcmini bərpa edə bilmir və tədricən geri çəkilir.

Bu gün aydın görünür ki, Xəzərdə baş verənlər gələcəyin ekoloji xəbərdarlığıdır. Bir tərəfdən yeni adaların yaranması maraqlı geoloji hadisə təsiri bağışlayır, digər tərəfdən isə regionun qarşılaşacağı böyük dəyişikliklərin ilk siqnalları kimi görünür. Əgər mövcud tendensiya davam etsə, yaxın onilliklərdə Xəzərin sahil xətti tamamilə fərqli görünüş alacaq və region yeni ekoloji reallıqla üz-üzə qalacaq.

Xəzərin problemlərinin həlli isə yalnız bir ölkənin səyləri ilə mümkün deyil. Dənizin gələcəyi sahilyanı dövlətlərin koordinasiyalı fəaliyyəti, regional əməkdaşlığın gücləndirilməsi və qlobal iqlim siyasətində daha təsirli tədbirlərin görülməsindən asılıdır. Çünki Xəzərdə müşahidə olunan proseslər əslində bütün dünyada yaşanan iqlim böhranının regional təzahürüdür. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu məsələyə vaxtında və effektiv yanaşma yalnız Azərbaycanın deyil, bütövlükdə Xəzər regionunun gələcək inkişafı, ekoloji təhlükəsizliyi və dayanıqlı rifahı baxımından həlledici əhəmiyyət daşıyır. Bu gün qəbul edilən qərarlar və atılan addımlar sabah Xəzərin və onun ətrafında yaşayan milyonlarla insanın taleyini müəyyən edəcək.

Pünhan ƏFƏNDİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri