Icma.az
close
up
RU
Xəzər sürətlə dayazlaşır: Vəziyyət nə qədər təhlükəlidir?

Xəzər sürətlə dayazlaşır: Vəziyyət nə qədər təhlükəlidir?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə kiçilmək təhlükəsi ilə üz-üzədir. Son illərdə səviyyənin rekord həddə enməsi həm region ölkələrinin iqtisadiyyatına, həm də ekosistemə ciddi zərbə vurur. Limanların fəaliyyəti çətinləşir, nərə balığı və Xəzər suitisi kimi nadir növlərin məhv olma riski artır. Mütəxəssislər bildirirlər ki, bu proses davam edərsə, yaxın onilliklərdə Xəzərin sahil zolağında yaşayan milyonlarla insan yeni reallıqlarla üzləşə bilər.

Metbuat.az xəbər verir ki, Xəzər dənizində uzun müddətdir müşahidə edilən ekoloji problemlərlə bağlı dünyanın tanınmış xəbər agentliyi “Reuters”də məqalə yayılıb.

Azərbaycanın ekologiya nazirinin müavini Rauf Hacıyev nəşrə bildirib ki, dənizin səviyyəsi onilliklərdir ki, aşağı düşür, lakin son göstəricilər bu tendensiyanın sürətləndiyini göstərir. Onun sözlərinə görə, son 5 ildə səviyyə 0,93 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr enib. Hazırkı azalma tempi isə ildə 20–30 sm təşkil edir:

“Sahil xəttinin geri çəkilməsi təbii şəraiti dəyişir, iqtisadi fəaliyyəti pozur və dayanıqlı inkişaf üçün yeni çağırışlar yaradır. Azərbaycanın Rusiyanı da əhatə edən birgə işçi qrupu ilk dəfə apreldə toplanıb və sentyabrda problemin monitorinqi və həlli ilə bağlı birgə proqramı onlayn təsdiqləməyi planlaşdırır.

Rusiya problemi əsasən iqlim dəyişikliyi ilə əlaqələndirsə də, Azərbaycan həm də Xəzərə daxil olan suların 80%-ni təmin edən Volqa çayı üzərində Rusiyanın inşa etdiyi su anbarlarını səbəb kimi göstərir. Səviyyənin düşməsi artıq sahil əhalisinin və limanların fəaliyyətinə təsir göstərir. Təxminən 4 milyon insan Azərbaycanın sahil zolağında, ümumilikdə isə 15 milyon nəfər Xəzər regionunda yaşayır.

Bakı limanına daxil olmaq və burada manevr etmək gəmilər üçün çətinləşib, bu isə yükdaşıma qabiliyyətini azaldır və logistika xərclərini artırır”.

Nazir müavini Hacıyev əlavə edib ki, dəniz suyunun geri çəkilməsi bataqlıqları, laqünləri və qamışlıqları məhv edir, bəzi dəniz növlərinin isə həyatda qalmasını təhlükə altına qoyur:

“Ən böyük zərbə nərə balığına dəyir. Kürü üçün yüksək qiymətləndirilən bu balıq növü onsuz da məhv olmaq təhlükəsi ilə üz-üzədir. Onlar yay və payız mövsümlərindəki yaşayış areallarının təxminən 45%-ni itirir, ənənəvi kürüləmə yerlərinə gedə bilmirlər. Xəzər suitiləri də dənizin sahəsinin kiçilməsi və şimalda itən buz örtükləri səbəbindən təhlükə altındadır. Onlar məhz həmin buzlarda çoxalırdılar. Səviyyə 5 metr düşərsə, suitilər kürüləmə yerlərinin 81%-ni, 10 metr düşərsə isə demək olar ki, tamamilə əlverişli yerləri itirirlər”, – deyə Hacıyev xəbərdarlıq edib.

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov Metbuat.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin qalxması və enməsi əsasən iqlim prosesləri, yağıntı-buxarlanma balansı və dənizə daxil olan çayların səviyyəsi ilə bağlıdır.

Onun sözlərinə görə, tarix boyu Xəzərin səviyyəsi təbii proseslərin təsiri altında dəyişib və son 200 il ərzində bu dəyişikliklər 2–3 metr diapazonda baş verib. 1978–1994-cü illərdə səviyyə qalxsa da, sonradan yenidən enməyə başlayıb:


“Son beş–altı ildə Xəzərin səviyyəsi təxminən 1.8 metr enib. Riyazi modellərə görə, növbəti 20 ildə səviyyənin 9–18 metr enəcəyi proqnozlaşdırılır. Dünya Bankının ekspertləri isə bu azalmanın 4–5 metr ola biləcəyini bildirirlər”, – deyə alim vurğulayıb.

Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər qlobal iqlim dəyişikliyi və günəş fəallığının təsiri ilə bağlıdır. Günəş fəallığı artdıqda istiləşmə və buxarlanma güclənir, səviyyə düşür, fəallıq azaldıqda isə səviyyə yenidən qalxır.

İsmayılovun sözlərinə görə, səviyyənin dəyişməsi Xəzəryanı ölkələrin iqtisadiyyatına da ciddi təsir göstərir. Professor əlavə edib ki, sahil zonalarının idarə olunması üçün xüsusi proqramların hazırlanması vacibdir: “Əks halda, səviyyə dəyişiklikləri sahil ərazilərində inkişafın risklərini artıracaq və iqtisadi ziyana səbəb olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Avqust 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri