Icma.az
close
up
RU
Xəzər dənizi quruyarsa, çox böyük ekoloji faciə baş verər

Xəzər dənizi quruyarsa, çox böyük ekoloji faciə baş verər

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən böyük gölü olan Xəzər dənizi quruma təhlükəsi ilə üz-üzədir. Əslində Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Dənizin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.

Mütəxəssislərin fikrincə, Xəzərin qurumasına səbəb ilk növbədə iqlim dəyişikliyidir. Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə tökülürdü və dənizin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir və yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür və Şimal Buzlu Okeanına qarışır. Hazırda isə Volqada su qıtlığı yaranıb, o, çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi də eyni halla üzləşib.

Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, bu yaxın illərdə isə illik azalma həyəcanverici həddə - 20-30 santimetrə çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər görülməsini tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur. UNEP tərəfindən bu yaxınlarda hazırlanmış "Xəzər dənizinin səviyyəsinin tərəddüdləri və iqlim dəyişiklikləri" hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin düşməsi arasında mürəkkəb əlaqəyə dair kritik fikirlər təqdim edir. Onun əsas nəticələri arasında dəniz səviyyəsindəki dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq üçün əlaqələndirilmiş, transsərhəd tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasına kömək edəcək.

Xəzər dənizi suyunun getdikcə azalması son illər yenidən narahatlıq doğurur. Qeyd etdiyimiz kimi, ekoloqların böyük əksəriyyəti bunun səbəbini, əsasən, son illər yağıntıların və qlobal istiləşmə nəticəsində Xəzər hövzəsinə tökülən suyun həcminin azalması ilə əlaqələndirir.

Coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev deyir ki, Xəzərin səviyyəsinin bundan sonra da 1-1,5 metr də aşağı düşəcəyi proqnozlaşdırılır: "Bu müddət ərzində əgər Baltik sistemi ilə - 29 metrə gəlib çıxsa, yəni 1977-ci il səviyyəsindəki kimi olsa, əlavə olaraq ərazilərimizin təxminən 13 min hektarı da su altından çıxacaq. Həmin çıxan torpaqlardan istifadə etmək istəyirlər. Amma nəzərə almaq lazımdır ki, Xəzərdə 100 illik dəyişmələr var. Məsələn, Xəzərdə ən yüksək səviyyənin 1805-ci ildə bugünkündən 5-6 metr yuxarı olduğu müəyyən olunub. O gündən bu günə qədər Xəzərin səviyyəsi aşağı düşüb. Bu proses təxminən 2050-ci ilə qədər davam edəcək. 2050-dən sonra yenidən Xəzərin səviyyəsində qalxma baş verəcək. Ona görə də Xəzərin səviyyəsinin belə dəyişmələrinə adaptasiya olunmaq lazımdır. Həmin o su altından çıxan ərazilərdə isə çox böyük obyektlər tikmək məsləhət deyil. Çünki Xəzərin səviyyəsi qalxanda onlar su altında qalacaqlar. Ümumiyyətlə, son 4 min ildə aparılan müxtəlif coğrafi, arxeoloji, tektonik müşahidələr göstərir ki, 250 ildən bir Xəzərin səviyyəsində enmə və qalxmalar olur. Bu proses Xəzər üçün xarakterik qəbul edilib. İndi 250 il onun enmə periodudur. Dediyim kimi, təxminən bu əsrin ortalarına qədər enmə dövrü davam edəcək. Enmə dövrünün içərisində kiçik qalxmalar da ola bilər. Amma ümumi tendensiya enmə dövrüdür. 2050-ci illərdə bu dövrün qurtaracağı nəzərdə tutulub".

Ekoloq Qorxmaz İbrahimovun dediyinə görə, Xəzər dənizi quruyarsa, çox böyük ekoloji faciə baş verə bilər: "Dəniz suyunun azalması bir perioddur. İqlim dəyişiklikləri ilə bağlı olan müxtəlif səbəblər var. Xəzərin su daşıyıcılarının iqlim dəyişikliyinə görə suvarmaya cəlb olunması, istilənmə və buxarlanmanın artması, yağıntıların azalması bu sıraya daxildir. Xəzərdə enmə-qalxma amplitudasını hər zaman görmüşük. Əgər Xəzəryanı dövlətlər bu dənizin qorunması ilə bağlı səmimi mövqe tutub düzgün bir plan həyata keçirsələr,vəziyyət qaydasına düşər. Dəniz təkcə ölkəmizə məxsus deyil. Dünyanın iri qapalı su hövzəsi və ən böyük gölüdür. Bu gölü xilas etmək barədə təkcə biz yox, bütün beynəlxalq təşkilatlar düşünməlidir. Əlbəttə, belə bir dənizi itirmək çox kədərli hal olardı. Mən heç də o fikirdə deyiləm ki, Xəzər dənizi yox olub gedəcək. Amma "Xəzər quruyarsa, ərazimiz artar", - deyə düşünənlər səhv fikirdədirlər. Birincisi, Aral gölünün qurumasına nəzər salsaq, görərik ki, oradakı canlılar, təsisatlar və biomüxtəliflik məhv olub. Bu bir yana, bir də insanlar köç edir, yaşaya bilmirlər. Çünki duzlu səhraya çevrilən yerdən ancaq xəstəlik yayılır. Hazırda Urmiya gölü də qurumaqdadır. Göl quruyur və ətrafa zəhər saçır. Azərbaycan ərazisinin artacağını deyən insanlara demək istəyirəm ki, Xəzər dənizi quruyarsa, ancaq zəhər saçacaq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi getdikcə aşağı düşür və bu proses son 20-30 ildə daha ciddi şəkildə müşahidə olunur. Onun da əsas səbəblərindən biri qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalmasıdır. Doğrudur, müəyyən zamanlarda dənizdə suyun səviyyəsində enmələr müşahidə edilsə də, sonradan yenə də qalxıb. Yəni belə qabarma və çəkilmələr müxtəlif dövrlərdə baş verib. Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində mövsümi dəyişmələr labüddür. Suyun səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən dənizin su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır: "Dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axarında da azalma müşahidə edilir. Tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcək. Tarixi mənbələrdə vaxtilə məşhur Qız qalasının dəniz sularının içərisində olması haqqında məlumatlara rast gəlirik. Hazırda isə dənizlə qalanın arasında kifayət qədər məsafə yaranıb. Deməli, Xəzər sularının çəkilməsi prosesi nə bu günün, nə də dünənin işidir. Göründüyü kimi, məsələ olduqca ciddidir. Eyni zamanda Xəzər dənizinin səthinə düşən yağıntılar da su balansının gəlir hissəsi hesab edilir. Bütün bunlarla yanaşı, son illər yeraltı su balansının gəlir hissəsində rolu və dəniz səviyyəsinə təsiri də zəifdir. Bir çox alimlərin gəldiyi qənaət isə ondan ibarətdir ki, atmosfer sirkulyasiyasının qlobal dəyişməsi dəniz səviyyəsinin dəyişkənliyinə təsir göstərir. Bu dövrdə stabil formada ardıcıllıq yoxdur. Günəş aktivliyinin atmosfer sirkulyasiyasına təsirinin fiziki mexanizmi də məlum deyildir. Xəzər dənizinin çoxillik səviyyə tərəddüdü və günəş aktivliyinin dəyişməsi cədvəlinin analizi nəticəsində müəyyən olunmuşdur ki, dənizin səviyyə tərəddüdləri günəş aktivliyindən asılıdır. Dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsi 1995-ci ildən sürətlə azalmaqda davam edir. Bu səviyyə dəyişmələri artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat işləri ilə təhlil edilir. Xəzər dənizinə axan çay suyunun gah azalıb, gah artması da əsas səbəblərdən biridir. Məlumdur ki, çaylarda da su həmişə eyni səviyyədə olmur. Burada düşən yağıntılar, əriyən qar təbəqəsi də böyük rol oynayır. Dünyada baş verən iqlim dəyişiklikləri nəticəsində artıq son illər qar və yağış yağıntılarında da azalma müşahidə edilir. Ona görə də dənizin səviyyəsində belə kəskin dəyişmələr baş verir. Bütün bunlar onu deməyə əsas verir ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi son illərin aktual, bir o qədər də cəmiyyəti ciddi narahat edən müzakirə mövzusudur".

Xəzər dənizini taleyin hökmünə buraxmaq olmaz. Bu baxımdan bir sıra beynəlxalq konvensiyaların tələblərinə ciddi əməl olunmalıdır. Onlardan biri də "Xəzər dənizində dəniz mühitinin mühafizəsi haqqında" çərçivə konvensiyasıdır. Bu konvensiyaya görə, hər bir tərəf, o cümlədən Azərbaycan dəniz mühitinin qorunması məqsədilə öhdəlik götürüb. Ölkəmiz bu öhdəliyi yerinə yetirir. İlk növbədə dənizə axıdılan çirkab sularınının, atmosferə buraxılan zəhərli qazların qarşısı alınır, neft və neft məhsulları ilə çirklənmiş torpaqlar təmizlənir. Qeyd edək ki, qurudulması mümkün olmayan göllərin təmizlənməsi və əhali üçün istirahət zonasına çevrilməsi istiqamətində layihələr həyata keçirilir.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see137

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see115

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

Müsəlman xilafətinin mərkəzi şəhəri: Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığı

21 Sentyabr 2025 13:13see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri