Icma.az
close
up
RU
Xəzər quruyarsa, ərazimiz genişlənəcək? “Zəhər saçacaq”

Xəzər quruyarsa, ərazimiz genişlənəcək? “Zəhər saçacaq”

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Xəzər dənizi quruyarsa, çox böyük ekoloji faciə baş verəcək”.

"Ölkə.az" xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a ekoloq Qorxmaz İbrahimov deyib.

O, Xəzər dənizindəki vəziyyətlə bağlı bir sıra vacib məqamlara toxunub:

“Dəniz suyunun azalması bir perioddur. İqlim dəyişiklikləri ilə bağlı olan müxtəlif səbəblər var. Xəzərin su daşıyıcılarının iqlim dəyişikliyinə görə suvarmaya cəlb olunması, istilənmə və buxarlanmanın artması, yağıntıların azalması bu sıraya daxildir.

Xəzərdə enmə-qalxma amplitudasını hər zaman görmüşük. Əgər Xəzəryanı dövlətlərin onun qorunması ilə bağlı səmimi bir planı varsa, məsələ qaydasına düşər.

Dəniz təkcə ölkəmizə məxsus deyil. Dünyanın qapalı hövzəsi və ən böyük gölüdür. Bu gölü xilas etmək barədə təkcə biz yox, bütün beynəlxalq təşkilatlar düşünməlidir. Əlbəttə, belə bir dənizi itirmək çox kədərli hal olardı.

Mən heç vaxt o fikirdə deyiləm ki, Xəzər dənizi yox olub gedəcək. Amma “Xəzər quruyarsa, ərazimiz artar”, - deyə düşünənlər cahil insanlardır. Birincisi, Aral gölünün qurumasına nəzər salsaq, görərik ki, oradakı canlılar, təsisatlar və biomüxtəliflik məhv olub. Bu bir yana, bir də insanlar köç edir, yaşaya bilmirlər. Çünki duzlu səhraya çevrilən yerdən ancaq xəstəlik yayılır. Hazırda Urmiya gölü də qurumaqdadır. Göl quruyur və ətrafa zəhər saçır.

Azərbaycan ərazisinin artacağını deyən insanlara demək istəyirəm ki, Xəzər dənizi quruyarsa, ancaq zəhər saçacaq".

Ekoloq fikirlərinə əlavə edib:

"Əlimizdə olan torpağın dəyərini bilirik ki, Xəzərin altından çıxıb 100, bəlkə 500 il sonra münbit torpağa çevriləcək ərazini də səmərəli istifadə etməyi düşünək? Xəzər qurusa, çox böyük ekoloji fəlakət meydana gələr. Təkcə biz yox, bütün dünya bu hadisədən təsirlənər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri