Icma.az
close
up
RU
Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıldı

Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıldı

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Qazaxıstan hökuməti bu ölkənin Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun inkişafına maliyyə vəsaiti ayırıb.

Gununsesi.info “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayevin Xəzər dənizinin problemlərinin hərtərəfli öyrənilməsi ilə bağlı verdiyi tapşırıqların icrası çərçivəsində Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutuna hökumət ehtiyatından 305 milyon tenqe (təqribən 564 min dollar) ayrılıb. Müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb.

Bu institut dövlət başçısı Kasım-Jomart Tokayevin sərəncamı ilə Xəzər dənizinin ekoloji problemlərini öyrənmək üçün yaradılıb. Onun fəaliyyət dairəsinə balıq ehtiyatlarının qiymətləndirilməsi, onların mühafizəsi üsullarının və texnologiyalarının işlənib hazırlanması, ixtiofaunanın, suitilərin kütləvi şəkildə tələf olmasının səbəblərinin öyrənilməsi və onların populyasiyasının saxlanılması məsələləri daxildir. Bundan əlavə, həmin elmi-tədqiqat müəssisəsi dənizin hidroloji proseslərinin öyrənilməsi və səviyyəsinin monitorinqi, iqlim dəyişikliyi və onun ekosistemə təsirinin təhlili, akvatoriyanın Qazaxıstan hissəsində və Xəzər dənizi sahillərində suyun keyfiyyəti, bioloji müxtəliflik və digər parametrlər haqqında məlumatların toplanması və tədqiqi üzrə ixtisaslaşıb.

Hökumət ehtiyatından ayrılan vəsait institutun gələcək inkişafı üçün istifadə olunacaq, hidrobiologiya və hidrokimya, hidrometeorologiya, peyk monitorinqi laboratoriyalarında elmi-tədqiqat işlərinin vaxtında və səmərəli aparılmasına və elmi-tədqiqat institutunun qarşısında duran digər vəzifələrin həllinə imkan verəcək.

Bu ilin iyulunda Qazaxıstanın Baş naziri Oljas Bektenov Altay Respublikasında (Rusiya Federasiyası) keçirilən birinci Beynəlxalq Ətraf Mühit Konfransındakı çıxışında Xəzər dənizinin dayazlaşması problemini əsas regional çağırışlardan biri kimi qeyd edib.

Xəzər dənizi unikal ekosistem və su bioresurslarının əsas mənbəyidir, habelə Qazaxıstanın qərb regionlarının və bütövlükdə ölkənin davamlı inkişafında əsas rol oynayır.

Dənizin Qazaxıstan hissəsinin sahil xətti 2320 kilometrdir. Bu, bütün Xəzəryanı dövlətlər arasında ən uzun sahil xəttidir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri