“Xəzər” maşınları iki mərkəzdə satılacaq QİYMƏT
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobillərinin satışı Bakıda iki satış mərkəzində həyata keçiriləcək.
Bu barədə mənbənin sorğusuna cavab olaraq “Xəzər” avtomobil zavodundan məlumat verilib. Bildirilib ki, may ayından etibarən satışa çıxarılacaq 300 avtomobil zavoda məxsus satış mərkəzlərində alıcılara təqdim olunacaq.
“Sonrakı mərhələlərdə bölgələrdə də “Xəzər” avtomobil zavodunun satış mərkəzlərinin yaradılması nəzərdə tutulur. Avtomobillər alıcılara ən sərfəli kredit şərtləri ilə veriləcək”.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər avtomobillərinin qiymətləri 14-16 min arasında dəyişir. Mühərrikin həcmi 1,7 litrdir. Zavodda “Dena”, “Rana”, “Soren”, “Samand” markalı avtomobillər, eləcə də “Peugeot”un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















