Xəzərdə balıq ehtiyatları öyrənilir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası davam etdirilir.
"Cebheinfo.az" xəbər verir ki, ekspedisiya çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları və türkiyəli mütəxəssislər tərəfindən birgə elmi tədqiqatlar aparılır.
Tədqiqatlar zamanı balıq nümunələrinin uzunluğu, kütləsi, yaşı və digər bioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, növlərin biometrik ölçüləri götürülür, populyasiyaların bioloji vəziyyəti qiymətləndirilir.
Hazırda toplanmış nümunələr və əldə olunan məlumatlar üzərində laborator təhlillər davam etdirilir. Tədqiqatların yekun nəticələri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Ekspedisiyanın əsas məqsədi su bioehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, balıq ehtiyatları üzrə elmi məlumat bazasını zənginləşdirmək və gələcək monitorinq işləri üçün etibarlı elmi göstəricilər əldə etməkdir.
Toplanan məlumatlar balıq ehtiyatlarının qorunması, səmərəli idarə olunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində aparılacaq elmi araşdırmalar və idarəetmə qərarları üçün mühüm əhəmiyyət kəsb edəcək.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 İyul 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















